Logo

İşğala son qoyulması Azərbaycanda sənayenin inkişafını sürətləndirəcək - ŞƏRH

İşğala son qoyulması Azərbaycanda sənayenin inkişafını sürətləndirəcək - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İşğal altında olmuş ərazilərin işğaldan azad edilməsinin mühüm iqtisadi nəticələrindən biri də sənayenin inkişafı ilə bağlı olacaq. Çünki Qarabağ zonası zəngin yeraltı sərvətlərə sahibdir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqalarıdır. Bu yataqların istismarı Azərbaycan sənayesində yeni və böyük dəyər yaradacaq.

Sfera.az bildirir ki, Qarabağın 3 rayonu qızıl və mis filizi ilə zəngindir. Keçmiş Ağdərə rayonunun Qızılbulaq faydalı qazıntı yatağında 13,6 ton qızıl, 47,9 min ton mis, Dəmirli yatağında 1000 ton mis, Canyataq-Gülyataq yatağında 600 ton mis ehtiyatının olması təsdiqlənib. Kəlbəcər rayonunun Zod yatağında 112,5 ton qızıl, Zəngilan rayonunun Vejnəli yatağında 6,5 ton qızıl, 3 min ton mis ehtiyatının olması proqnozlaşdırılır.

Rayonlar digər filiz yataqları ilə də zəngindir. Keçmiş Ağdarə rayonunda qurğuşun (37,3 min ton), sink (40,4 min ton), mişar daşı (46,6 milyon kub metr), gəc (200 min ton), Şuşa rayonunda üzlük daş (1,14 milyon kub metr), gil (397 min kub metr), tikinti daşı (12,44 milyon ton), Xocalı rayonunda gil (962 min kub metr), üzlük daşı (2,1 milyon kub metr), qum-çınqıl (7,3 milyon kub metr), Xocəvənd rayonunda üzlük daşı (2,01 milyon kub metr), tikinti daşı (990 min kub metr), Qubadlı rayonunda mişar daşı (6,11 milyon kub metr), gil (990 min kub metr), tikinti daşı (3 milyon kub metr), üzlük daşı (18,4 milyon kub metr), əlvan daşı (1,1 milyon ton), Zəngilan rayonunda üzlük daşı (6,62 milyon kub metr), soda istehsalı üçün əhəng daşı (130 milyon kub metr), gil (1,1 milyon kub metr), tikinti daşı (35 milyon kub metr), qum-çınqıl (17,4 milyon kub metr), qum (3 milyon kub metr), Füzuli rayonunda mişar daşı (55 milyon kub metr), gil (12,2 milyon kub metr), qum-çınqıl (13 milyon kub metr) ehtiyatı var.

İşğal altında olmuş ərazilərdən ən böyük faydalı qazıntı ehtiyatı Kəlbəcər, Laçın, Cəbrayıl və Ağdamdadır. Kəlbəcərdə civə (870 ton), mişar daşı (11 milyon kub metr), gil (1,3 milyon kub metr), perlit (4,4 milyon kub metr), qum-çınqıl (2,5 milyon kub metr), tikinti daşları (12,3 milyon kub metr), üzlük daşları (2,2 milyon kub metr), əlvan daşlar (4,9 min ton), Laçın rayonunda civə (1175 ton), mişar daşı (4,7 milyon kub metr), gil (998 min kub metr), perlit (4,4 milyon kub metr), qum-çənqıl (16 milyon kub metr), tikinti daşları (6,3 milyon kub metr), üzlük daşları (252 milyon kub metr), pemza (2,14 milyon kub metr), vermukulit (10,4 milyon ton), pemza və vulkan gülü (46,2 milyon kub metr), əqiq (10 ton), jad (0,9 ton), üzlük daşları (14,7 milyon kub metr), Cəbrayıl rayonunda mişar daşı (2,3 milyon kub metr), gil (4,7 milyon kub metr), qum (10,3 milyon kub metr), sement xammalı (6,6 milyon ton), gəc (1,32 milyon ton), tikinti daşları (5,3 milyon kub metr), qum-çınqıl (4,1 milyon kub metr), pemza-vulkan külü (3,7 milyon kub metr), əlvan daşlar (1,85 min ton), Ağdam rayonunda mişar daşı (65 milyon kub metr), üzlük daşı (4 milyon kub metr), sement xammalı (210 milyon ton), gil (1,6 milyon kub metr), qum-çınqıl (37 milyon kub metr) ehtiyatı var.

Göründüyü kimi, işğal olunmuş regionda nadir və qiymətli faydalı qazıntı yataqları yayılmışdır. Əhəmiyyətli mis-sink filizlərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında cəmlənmişdir. Burada istismara hazır olan filiz ehtiyatları öyrənilmişdir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yetişir.

İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində və böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ (əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton ), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və b. yataqlardadır. İri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovdadır.

Bu ərzilərin tezliklə işğaldan azad edilməsi Azərbaycanda həm mədənçıxarma sənayesinin, həm də emal sənayesinin inkişaf imkanlarını xeyli yaxşılaşdıracaq. Əsas kapitala sərmayə qoyuluşunu artırmaqla ərazilərin təbii ehtiyatlarının istismarı sürətlənəcək, bu, ÜDM-nin həcminin artmasına, məşğulluğun və vergitutma bazasının genişlənməsinə səbəb olacaq. İqtisadi dövriyyənin genişlənməsi dövlət büdcəsinin də gəlirlərinin artmasına kömək eədəcək ki, bununla da büdcənin neft gəlirlərindən asılılığı azalacaq.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR