Logo

“Cənab prezident, siz tarix yazırsınız!" - Fəxrəddin Manafov + VİDEO

“Cənab prezident, siz tarix yazırsınız!" - Fəxrəddin Manafov + VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. Mən xalqımızla fəxr edirəm. Ordumuzla fəxr edirəm. Böyük liderimiz, ali baş komandanımız ilə fəxr edirəm. Hamımız tərəfindən, bütün Azərbaycan xalqı tərəfindən sevilən heyrətamiz vitse-prezidentimiz Mehriban xanım ilə fəxr edirəm”.

Sfera.az bildirir ki, bu sözləri Xankəndində anadan olmuş Xalq artisti Fəxrəddin Manafov "Nargis magazine” "Instagram” səhifəsində yayımlanan "Bu bizim yaddaşımızdır, qanımızdır, tariximizdir... Bu bizim torpaqlarımızdır!” rubrikasında deyib.

Qarabağımız haqqında xatirələrini bölüşən F.Manafov Azərbaycanın haqq yolunda olduğunu deyib:

"Cənab prezident, siz çox böyük iş görürsünüz. Siz faktiki olaraq, bizim xəyal etdiyimiz torpaqları geri qaytarırsınız. Siz tarix yazırsınız. Azərbaycan Ordusunun əsgərləri, siz çox böyük bir tarix yazırsınız. Sizinlə fəxr edirəm. Qələbə bizimdir! Çünki biz haqq yolundayıq”.

F.Manafov böyük şair  Arseniy Tarkovskovun şeirini səsləndirib və fikirlərini "Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!” ifadələri ilə tamamlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR