Logo

“Guardian”ın binası qarşısında aksiya keçirilib

“Guardian”ın binası qarşısında aksiya keçirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Londondakı azərbaycanlılar "Guardian” nəşrinin binası qarşısında aksiya keçirib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, tədbirdə, aksiya iştirakçıları əllərində "Guardian, Azərbaycanı da dinlə”, "Guardian, obyektiv ol”, "Guardian, Azərbaycana da söz haqqı ver” kimi şüarlar yazılan plakatlar qaldırıblar.

Daha sonra nəşrə ünvanlanan məktub "Guardian”ın əməkdaşına təqdim edilib.

Məktubda "Guardian”da yayımlanan xəbərlərdə ermənilərin mövqeyindən çıxış edilməsi, Azərbaycana söz haqqı verilməməsi qınanılıb.

Bildirilib ki, Britaniyanın tanınmış nəşrlərindən olan "Guardian” tərəf tutmamalı, işğalçı Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını atəşə tutmasına, uşaqların öldürülməsinə səssiz qalmamalıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR