Logo

Putin: “İlham Əliyev və Paşinyanla gün ərzində bir neçə dəfə danışırıq”

Putin: “İlham Əliyev və Paşinyanla gün ərzində bir neçə dəfə danışırıq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Moskva Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Vaşinqton görüşünün uğurlu olacağına ümid edir, ABŞ-ın Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiya ilə həmrəy şəkildə çalışacağına ümid edir”.

Sfera.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin "Valday” klubunun iclasında çıxışı zamanı deyib.

"Bilirsiniz ki, növbəti dəfə hər iki ölkənin Xarici İşlər nazirləri Rusiyaya səfər etdilər. 23 oktyabrda onlar Vaşinqtonda görüşürlər. Çox ümid edirəm ki, bizim amerikalı partnyorlarımız bizimlə həmrəy şəkildə çalışacaq, münaqişənin tənzimlənməsinə kömək edəcək. Ən yaxşısına ümid edəcəyik”, - deyə Rusiya lideri bildirib.

V.Putin bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə sıx təmasdadır və gün ərzində bir neçə dəfə onlarla telefonda danışır.

"Bizim Xarici İşlər, Müdafiə nazirlərimiz, xüsusi xidmət orqanları rəhbərlərimiz daimi əlaqədədir”, - deyə Vladimir Putin bildirib.

O qeyd edib ki, Rusiya hər iki tərəfin etimadından istifadə etməklə bu münaqişənin həllində, mövqelərin yaxınlaşdırılmasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcək bir mövqe tutur.///İnterfaks

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR