Logo

Hadrut sözünün mənası nədir və qəsəbənin adı dəyişməlidirmi? – Tarixçi alimdən açıqlama

Hadrut sözünün mənası nədir və qəsəbənin adı dəyişməlidirmi? – Tarixçi alimdən açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Ordusu oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini işğaldan azad edib. Xatırladaq ki, bir qədər öncə işğaldan azad olunan Madagizin adı prezident İlham Əliyevin imzaladığı sərəncamla Suqovuşan adlandırılıb.

Maraqlıdır, görəsən Hadrut adının mənası nədir və bu adın dəyişdirilmə ehtimalı varmı?

Məsələ ilə bağlı AMEA-nın Tarix İnstitunun direktor müavini Cəbi Bəhramov Sfera.az-a danışıb:

"Hadrut adının tarixinə nəzər salsaq, görərik ki, farslardan gəlmə addır. Hadrut sözünün mənası iki təpənin arasından axan çay deməkdir. Lakin sözügedən ərazi XIX əsr toponomik xəritələrində Ağoğlan deyə xatırlanır. Bütün bu ərazilər əzəli Azərbaycan torpaqlarıdır.Mənfur erməni bilsin ki,işğaldan azad olunan ərazilərimiz öz tarixi adlarına qovuşacaq. Yenidən o adlar bərpa olunacaq”.

Cəbi Əhmədov işğaldan azad olunan ərazilərin qəhrəmanların şərəfinə adlandırılmasını daha məqsədəuyğun hesab edir: "Mənə qalarsa, Hadrutun adı vətən yolunda öz canından keçən genarlımız Polad Həşimovun şərəfinə adlandırılsa daha doğru olardı”.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR