Logo

Daha bir Türkiyə vətəndaşından ordumuza dəstək: Nişan üzüyünü göndərdi

Daha bir Türkiyə vətəndaşından ordumuza dəstək: Nişan üzüyünü göndərdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gəncə hadisələrindən sonra bir Türkiyə vətəndaşı öz nişan üzüyünü Azərbaycan Ordusuna dəstək üçün göndərib.

Sfera.az "Sondakika.com"a istinadən bildirir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Türkiyə Quru Qoşunları məktəbinin 2020-2021 tədris ilinin açılış mərasimindəki çıxışı zamanı açıqlayıb.

"Biz hər gün 2-3 min dəstək məktubu alırıq. Üç gün öncə Maraşdan bir qardaşımız məktub göndərib. Həmin məktubla birgə mənə Türkiyə bayrağı və qızıl nişan üzüyünü də göndərib. Mənim üçün də, Türkiyə vətəndaşları üçün də Azərbaycan və Türkiyə bayraqları eynidir. Həmçinin, özünün nişan üzüyünü göndərib, üzüyün içində həyat yoldaşının adı yazılıb. Bunu Azərbaycana yardım üçün göndərdiyini bildirib. Bu, məni çox duyğulandırdı. Dünyanın heç bir yerində bunu heç kim kimsə üçün etməz. Dərhal həmin şəxslə telefonla danışdım, təşəkkür etdim, ona üzüyü geri qaytarmaq istədiyimi bildirdim. Ancaq o, bunu edərsəm, çox pis hiss edəcəyini, bu qərarı həyat yoldaşı ilə birgə qəbul etdiyini dedi. Əgər biz ən önəmli, ən əziz olan bayrağımızı, nişan üzüyümüzü bir-birimizə göndəririksə, heç bir mövzuda kimsə bizim qarşımızda dura bilməz”, - deyə X.İbrahim qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR