Logo

“Ermənistan rəhbərliyi Azərbaycana təzminat ödəyib, üzr istəməlidir” - Ərdoğanın müşaviri

“Ermənistan rəhbərliyi Azərbaycana təzminat ödəyib, üzr istəməlidir” - Ərdoğanın müşaviri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin paytaxtı Ankarada Qars-Ərdəhan-İğdır Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə Qarabağ mitinqi keçirilib.

Sfera.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, mitinqdə Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu da iştirak edib.

Y.Topçu bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, eləcə də atəşkəsi nəzərə alaraq öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən dərhal geri çəkməlidir:

"Ermənistanın işğal etdiyi ərazilərdən qoşunlarını çıxarması bütün dünyanın xeyrinə olacaq. Əgər Ermənistan rəhbərliyinin vicdanı varsa, indiyə qədər həyata keçirdiyi bütün hərbi cinayətlərə və hüquq pozuntularına görə Azərbaycana təzminat ödəyib, Azərbaycandan və BMT-dən üzr istəməlidir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR