Logo

Dövlət müəssisələri büdcə üçün ağır yükə çevrilib – Çıxış yolu nədir?

Dövlət müəssisələri büdcə üçün ağır yükə çevrilib – Çıxış yolu nədir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2021-ci ildən Azərbaycan iqtisadiyyatında gözlənilən mühüm dəyişikliklərdən biri də dövlətin müxtəlif sahələrdə iştirak payının tədricən azaldılması olacaq. İndiyədək dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi ilə bağlı proqramların həyata keçirilməsinə baxmayaraq hələ də bir sıra sahələrdə dövlət müəssisələri önəmli paya sahibdir.

ÜDM gəlirlərində, ümumi məşğulluqda, cəmi investisiyalarda dövlət müəssisələrinin xüsusi çəkisi nəzərəçarpacaq səviyyədədir. Dövlət müəssisələri əhali üçün vacib olan bir sıra sahələrdə, o cümlədən, kommunal, səhiyyə, nəqliyyat, təhsil və digər bu kimi sektorlarda da xidmət göstərirlər.

Ötən illərin təcrübəsi göstərdi ki, bir çox sahədə dövlət müəssisələrinin sayının çox olması dövlət büdcəsi üçün əlavə yük yaradır. Belə ki, onların dövlət büdcəsinə ödədiyi vəsait dövlət büdcəsindən aldığı vəsaitlərdən azdır. Məsələn, 2019-cu ildə dövlət müəsisələri büdcəyə 2,8 milyard manat ödədiyi halda, büdcədən 4 milyard manat vəsait alıb. Buradan aydın olur ki, dövət müəssisələrinin sayının çox və fəaliyyət dairəsinin geniş olması dövlətə xeyirdən çox, zərər vurur.

2021-ci ildən etibarən hökumət tədricən bu ağır yükdən xilas olmağa çalışacaq. Sfera.az bildirir ki, dövlət müəssisələrinin bazarda əhəmiyyətli paya malik olması onların özəlləşdirilməsi məsələsini aktuallaşdırır. İqtisadçı-ekspert Lalə Həmidova deyir ki, dövlət müəssisələrinin fəaliyyət dəairəsi çox genişdir. O bildirdi ki, Azərbaycanda 2846 dövlət təşkilatı, qurumu və dövlət səhmli müəssisəsi mövcuddur.

Bu təsisatlarda təxminən 1,2 milyon insan çalışır ki, bu da ölkədə ümumi məşğulluğun 25%-ni təşkil edir. L.Həmidova bildirdi ki, hökumət ən iri 20 dövlət müəssisəsinin fəaliyyətini ümumi qanunvericilik və xüsusi normativ aktlar vasitəsilə tənzimləyir və nəzarət edir. Ekspert söylədi ki, dövlət müəssisələrinin özəlləşdirilməsini və ya idarəetməyə verilməsini zəruri edən əsas məsələlərdən biri onların fəaliyyətində şəffaflığın olmamasıdır: "Bu təşkilatlar, o cümlədən ən iri müəssisələr haqqında məlumatlar məhdud xarakterlidir və bir qayda olaraq ictimaiyyətə açıqlanmır.

Belə bir təcrübə dövlət müəssisələrinin fəaliyyətini qiymətəndirməyə imkan vermir, bazar iştirakçılarının şəffaflıq və açıqlama ilə bağlı gözləntilərini doğrultmur. Dünya Bankının hesabatına əsasən Azərbaycanda fəaliyyət göstərən ən əhəmiyyətli 15 dövlət müəssisəsinin yalnız altısı öz maliyyə məlumatlarını açıqlayır, yalnız 4-ü şəffaflıq və məlumatların açıqlanması ilə bağlı ölkə qanunvericiliyinin tələblərinə və bazar iştirakçılarının gözləntilərinə cavab verir.

Azərbaycanda üç növ dövlət müəssisəsi mövcuddur: səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər və xüsusi hüquqi-təşkilati forma. Əksər müəssisələr son 20 il ərzində səhmdar cəmiyyətlərinə çevrilib, lakin xüsusi hüquqi-təşkilati formada yaradılmış bəzi müəssisələr hələ də mövcuddur. Bunlara bir neçə istehsalat birliyi (Sovet sisteminin mirası) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) aiddir. Bəzi dövlət müəssisələri "Azərsu”, "Aztelekom” və "Bakı Telefon Rabitəsi” öz sahələrində kvazidövlət və ya, demək olarki, inhisarçı statusuna malikdirlər”.

L.Həmidova dedi ki, son illərdə Azərbaycan hökuməti dövlət müəssisələrinin özəlləşdirilməsi və səhmdar cəmiyyətə çevrilməsi istiqamətində ciddi islahatlara başlayıb. Onun fikrincə, bu islahatlar dərinləşdirilməlidir: "Bu islahatların həyata keçirilməsi kiçik və orta müəssisələrin özəlləşdirilməsi və iri müəssisələrdə idarəetmə və əməliyyatların təkmilləşdirilməsi baxımından qismən uğurlu olub. Azərbaycan hökuməti hazırda dövlət müəssisələri ilə bağlı mülkiyyət və nəzarət funksiyaları, onların səmərəliliyi və dövlət büdcəsinə ayırmalarının artırılmasının istiqamətində çalışır.

Hazırda enerji, nəqliyyat, rabitə və kommunal sektor dövlət şirkətləri tərəfindən idarə olunur. Neft gəlirlərindən böyük pay alan, habelə xarici maliyyə qurumlarından dövlət zəmanətli iri kreditlər almış bu sahələrdə davamlı modernləşdirmə tədbirləri həyata keçirilib, amma hökumətin gözləntiləri özünü doğrultmayıb.

"Azərsu”, "Azərenerji”, "Azəriqaz” ASC-lər, AZAL, Bakı Metropoliteni büdcəyə yük olaraq qalır. Onların büdcə qarşısında illik öhdəlikləri ilə büdcədən aldıqları investisiya xərcləri arasında kəskin disbalans var. Yəni, bəzən verdiklərindən daha çox vəsaiti investisiya xərci kimi geri alırlar. Əhalidən yığılan kommunal haqların, investisiya layihələrində, xarici kreditlərin xərclənməsində şəffaflığın aşağı səviyyədə olması başlıca problem olaraq qalır. Azərbaycanın 10 milyard dollara çatan xarici borcunun əsas hissəsini də bu qurumların aldıqları dövlət zəmanətli xarici kreditlər təşkil edir”.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR