Türkiyə XİN: Azərbaycan son dəfə Ermənistana geri çəkilmə şansı verdi
Kateqoriya məlum deyil
Türkiyə yalnız Azərbaycanın razı olacağı həll istiqamətini dəstəkləyir.
Sfera.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, Azərbaycan son dəfə Ermənistana geri çəkilmə şansı verdi. Atəşkəs önəmlidir, lakin atəşkəs münaqişənin həll olunma yolu deyil:
"Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək".






