“Sosial şəbəkədə tozanaq qoparanlara inanmayın” – Aslan İsmayılov
Sfera.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.
O, ajiotaja heç bir səbəb görmədiyini vurğulayıb:
"Əziz həmvətənlərim, hamınızı ruh yüksəkliyini saxlamağa, stəkanda fırtına yaratmağa çalışanlara, fürsətçilik edənlərə inanmamağa çağırıram. Sosial şəbəkədəki ajiotaja heç bir səbəb görmürəm və bütün yazılanları, həqiqi niyyətləri anlamaq üçün diqqətlə izləməyə çalışıram. Tam varlığımla inanıram ki, Ali Baş Komandan İlham Əliyev bizi narazı salacaq heç bir qərara imza atmayacaq və atdığı bütün addımlar Qarabağı almaqla bərabər, həm də hər bir Azərbaycan əsgərini qorumaq məqsədi daşıyır. Sadəcə bir az səbrli olub rəsmilərin təfərrüatlı açıqlamasını gözləyin. Sosial şəbəkədə tozanaq qoparanlar, niyyətinizin saf olmasına çalışın. Son hadisələr göstərdi ki, xalq kimin kim olduğunu gec-tez müəyyən edir”.






