Logo

“Putinin bu açıqlaması Paşinyana şillə idi...” – Elxan Şahinoğlu

“Putinin bu açıqlaması Paşinyana şillə idi...” – Elxan Şahinoğlu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Yaranmış vəziyyətdə İrəvan Rusiya və KTMT-dən dəstək ala bilmədisə, ayrı heç kimə ümid edə bilməyəcək”.

Sfera.az-a açıqlamasında bu sözləri Rusiya Prezidenti Vladimir Putinin "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öhdəlikləri Ermənistandan fərqli olaraq, Qarabağa şamil edilmir” fikirləri fonunda İrəvanın həmin qurumdan əlinin üzülməsilə daha kimlərə, hansı təşkilatlara ümid edə biləcəyi ehtimalından danışarkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:

"Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə bildirdi ki, müharibə Ermənistan ərazisində getmir ki, Kollektiv Təhlükəsizlik Müaavləsi Təşkilatı (KTMT) və yaxud, Rusiya olaraq onu müdafiə etsinlər. Qarabağ Ermənistan ərazisi deyil. Bu açıqlama Nikol Paşinyana vurulan ciddi şillə idi, ona ünvanlanan bir mesajdır”.

Politoloq qeyd etdi ki, KTMT-də təmsil olunan dövlətlər, Minsk, Nursultan, Bişkek heç zaman İrəvanı dəstəkləməyəcək:

"KTMT-də təmsil olunan ölkələr, Belarus, Qazaxıstan, Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünə hörmət edən dövlətlərdir. Onlar heç zaman Azərbaycan əleyhinə getməz. Hətta hipotetik olaraq müharibə Ermənistan ərazisinə keçsə də gəlib İrəvanı müdafiə etməyəcəklər. Bu səbəbdən aydın məsələdir ki, nə Rusiya, nə də KTMT Paşinyanı və Ermənistanı xilas edən deyillər. Putinin açıqlaması bunu bir daha təsdiqlədi.

Azərbaycan Ordusu hədəflərinə çatır, ərazilərimiz zaman-zaman işğaldan azad olunur. Şərtləri artıq Azərbaycan diqtə edir. Belədə sonda Ermənistanı diz çökməyə məcbur edəcəyik”.

E. Şahinoğlu bildirdi ki, KTMT-yə olan ümidlərin puça çıxması fonunda Ermənistan başlanan müharibədə daha heç bir başqa təşkilata ümid edə bilməyəcək:

"Yaranmış bu vəziyyətdə İrəvan Rusiya və KTMT-dən dəstək ala bilmədisə, ayrı kimə ümid edəcək? Heç kimə ümid edə bilməyəcək. Fransanın Cənubi Qafqaza təsir imkanları yoxdur. Uzaqbaşı Paris tərəflər arasında hansısa görüş təşkil edə bilər. Bu ölkə Azərbaycana heç bir təzyiq edə bilməz. Bunun üçün əlində heç bir alət yoxdur.

Sadəcə, qalır erməni diasporu, o da ən çoxu təxribatlar istiqamətində müəyyən hərəkətlər edə bilər. Amma indiki halda, Qərbdə Azərbaycana dəstək verənlər də artır. İnanmıram ki, bundan sonra erməni diasporu Avropa və ya Amerikada Azərbaycana qarşı hansısa ciddi sənədlərin qəbul edilməsinə nail ola bilsin”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR