Apple iPhone 12-ni nə zaman nümayiş etdirəcəyini RƏSMƏN AÇIQLADI
Apple yeni məhsullarının növbədənkənar təqdimatını anons edib. Bunların arasında iPhone 12 də olacaq. Tədbirlə bağlı məlumat şirkətin veb saytında yer alıb.
Sfera.az xəbər verir ki, təqdimatın keçirilməsi oktyabrın 13-nə planlaşdırılıb.
Apple sözügedən tədbirdə konkret hansı qacetrləri nümayiş etdirəcəyini açıqlamasa da, hamını məyus edən sentyabr tədbirindən sonra (red. o zaman yalnız Apple Watch qol saatı və iPad tabletləri təqdim edilmişdi) insayderlər məhz bu tarixi söyləyiblər.
Tədbirdə 2020-ci ildə istehsalı 4 modelə çatdırılacaq yeni İphone ailəsi ilə birgə digər qacetlər də nümayiş etdiriləbilər. Gözlənilən qacetlər arasındaAirTag axtarış treki, AirPods Studio qulaqlıqları, Apple TV 2020 və ARM tipli ilk MacBook da var.
Selcan
Sfera.az






