Logo

“Erməni yalanlarına qarşı səfərbər olmalıyıq” – Xalq artisti

“Erməni yalanlarına qarşı səfərbər olmalıyıq” – Xalq artisti
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra dünya şöhrətli ulduzlar ermənilərin xeyrinə etdikləri paylaşımlarla diqqət çəkdi. Düzdür, bir çoxu artıq həmin paylaşımları silərək, məsələdən xəbərsiz olduqlarını deyərək Azərbaycan xalqından üzr istəyiblər.

Bununla belə, bu fakt Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması sahəsindəki fəaliyyətimizin yetərli olmadığını üzə çıxardı.

Xatırladaq ki, belə bir paylaşımla ilk olaraq Elton Con çıxış edib. Daha sonra azərbaycanlı istifadəçilərin etirazından sonra müğənni paylaşımını silib. Onun bu təşəbbüsünə qoşulanlardan biri isə məşhur reper Kardi B olub. O, istifadəçilərin reaksiyasından sonra Azərbaycan xalqından üzr istəyərək, baş verənlərdən xəbərsiz olduğunu, bunu erməni tanışının xahişi ilə etdiyini açıqlayıb.

“Erməni yalanlarına qarşı səfərbər olmalıyıq” – Xalq artisti

Məsələ ilə bağlı Sfera.az-a danışan Xalq artisti Şeyx Əbdül baş verənlərin ideoloji təbliğatın zəif olmasından qaynaqlandığını söyləyib:

"AmerikadaKim Kardaşyan adlı əxlaqsız qadın var. Yüzlər illərdir, bizə yönəlik ideoloji təxribatlar hazırlayaraq xristian aləmində yanlış təsəvvürlər formalaşdırır. Bəs, əvəzində biz nə edirik? Heç nə. Həmişə tarixçilərimizi, alimlərimizi bu mənada ittiham etmişəm. Nəsə deyəndə də xətirlərinə dəyir. Azərbaycan tarixçiləri və alimləri bu həqiqətləri dünya xalqlarının dilində təbliğat etməlidir. Bunun üçün əlimizdə bütün faktlar da var”.

Xalq artisti həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması naminə televiziyalarda verilişlərin sinxron şəkildə əcnəbi dillərə tərcümə olunmasını təklif edib:

“Erməni yalanlarına qarşı səfərbər olmalıyıq” – Xalq artisti

"Bizim alimlər, politoqlar, deputatlar televiziyalarda danışırlar. Amma onları Biləcəridən o yana heç kəs eşitmir. Niyə televiziyalarımız bu kimi vacib verilişləri sinxron şəkildə əcnəbi dillərə tərcümə etmirlər? İnformasiya blokadasından çıxmağımız üçün niyə prezidentimiz təkbaşına mübarizə aparmalıdır? Hanı xarici dil bilən ziyalılarımız? Hamılıqla erməni yalanlarına qarşı səfərbər olmalıyıq”

Sevinc

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR