Cəbrayıl istiqamətində ordumuz tam üstünlüyə malikdir - RƏSMİ
Kateqoriya məlum deyil
Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb.
Sfera.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Cəbrayıl istiqamətində ordumuz tam üstünlüyə malikdir:
"Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir”.






