Pentaqonda koronavirus panikası: Generallar karantinə alındı
Kateqoriya məlum deyil
ABŞ-da yüksək rütbəli zabitlərin koronavirusa yoluxmasından sonra Pentaqonda təşviş yaranıb.
Sfera.az xəbər verir ki, Sahil Təhlükəsizlik Xidməti komandirinin müavini Admiral Çarlz Reyin COVİD-19 testinin pozitiv çıxmasından sonra Baş Qərargah rəisi Mark Milley və digər yüksək rütbəli generalların əksəriyyəti virusa məruz qaldıqları üçün özlərini karantinə alıblar.
Generalların işlərini evdən idarə edəcəkləri bildirilir.






