Kiyev Moskvadan danışıqlar istədi – Mövzu Donbassdır
Donbassla bağlı problemlərin həlli məsələləri Kiyevi çıxılmaz vəziyyətə salıb.
Bu mürəkkəb vəziyyətdən çıxmaq üçün Ukrayna hakimiyyəti Moskva ilə, özəlliklə də Vladimir Putinlə ünsiyyət qurmalıdır. Bu haqda Ukrayna mətbuatı məlumat verib.
Sfera.az pravda.ru-ya istinadla xəbər verir ki, jurnalistlərin əldə etdiyi məlumata görə, danışıqlar təklifi artıq göndərilib. Əvvəla, Ukrayna üçün "daha yaxın" format maraqlıdır: əvvəllər Donbas məsələsinin Ukrayna, Rusiya Federasiyası və ATƏT-dən ibarət üçtərəfli işçi qrupunimkanları çərçivəsində həll olunmasına cəhd edilsə də, bu heç bir nəticə verməyib.
Hazırda Kiyev üçün Donbass əsas məsələlərdən biridir: ölkə həm nüfuzunu, həm də siyasi tərəfdaşlarının hörmətini itirir. Bununla belə, prezidentin nümayəndələri Zelenskinin sözügedən məsələni həll edə biləcəyinə əmindirlər. Danışıqlara ehtiyac da məhz bu səbəbdən yaranıb.
"Kremllə danışııqlar aparmağı Zelenskidən yaxşı heç kəs bacarmaz”,- deyə KİV-lərdə qeyd edilir.
Selcan
Sfera.az






