Logo

“Xoş xəbərlərdən ürəyim partlaya bilər” – Xalq artisti

“Xoş xəbərlərdən ürəyim partlaya bilər” – Xalq artisti
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Sevincimizin həddi-hüdudu yoxdur. Qururverici hisslər yaşayırıq. Ordumuz hər gün irəli gedərək işğal olunan torpaqlarımızı azad edir. Bundan böyük sevinc olmaz, heç bir var-dövlət bu qədər insanı sevindirə bilməz. Bu ayrı bir duyğu və sevgidir”.

Bunu Sfera.az-a Xalq artisti Nəzakət Teymurova torpaqlarımızın işğaldan azad olunması xəbərlərinə münasibət bildirərkən deyib.

"Suqovuşan alınanda sevincdən nə edəcəyimi bilmədim. Hətta hər kəsə söylədim ki, bu qədər xoş xəbərlərdən ürəyim belə partlaya bilər. Gah kövrəlirəm, gah da sevinirəm. İnanın ki, televiziyanın qarşısından ayrıla bilmirəm. Yeni xoş xəbərləri almaq üçün hər işimi atıb xəbərləri izləyirəm.

Torpaqlarımız uğrunda şəhid olan əsgərlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun. Neçə illərdir sülh yolu ilə torpaqlarımızı geri qaytarmaq istədik. Amma heç bir faydası olmadı. Allah Prezidentimizə can sağlığı versin ki, bu əmri verdi. Bu illərdir hər bir insanın xəyalında yaşayırdı, hazırda xəyallar reallaşır. Anam həmişə deyirdi ki, Bakıda rəhmətə getsəm belə, məni Ağdam torpağında dəfn edin.

İnşallah əsgərlərimiz bütün işğal olunan torpaqlarımızı alacaq. Tezliklə xoş günlərimizi Qarabağda yaşayacağıq”, - deyə Nəzakət Teymurova bildirib.

Sevinc

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR