“Ermənistanın Bakıya yaxın ərazini atəşə tutması beynəlxalq cinayətdir” – Çavuşoğlu
"Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına hücumları yeni hal
deyil”.
Sfera.az bildirir ki, bu barədə M. Çavuşoğlu
Ankarada səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra
keçirilən mətbuat konfransında deyib.
Türkiyəli nazir Xocalıda 600-dən çox günahsız insanın qətlə
yetirildiyini xatırladıb.
"Bu il iyulun 12-dən başlayaraq Ermənistan hücumlarını davam etdirir.
Artıq Bakıya yaxın ərazini belə atəşə tuturlar. Bu, beynəlxalq cinayətdir.
Bütün beynəlxalq təşkilatlar, dövlətlər bu məsələdə ya hər iki tərəfə eyni
münasibət göstərirlər, ya da Ermənistanın tərəfini tuturlar.
NATO da bu məsələdə
hər iki tərəfə eyni münasibəti nümayiş etdirir. Güclünün deyil, haqlının
yanında olmaq lazımdır. 30 ildir Azərbaycan torpaqları işğal altındadır və bir
milyondan çox qaçqın və məcburi köçkün var”, - deyə M. Çavuşoğlu qeyd edib. /APA






