Logo

Gürcüstan DTX-dən suriyalı döyüşçülərlə bağlı AÇIQLAMA

Gürcüstan DTX-dən suriyalı döyüşçülərlə bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Suriyada hərbi əməliyyatlarda iştirak edən silahlı birləşmələrin Türkiyədən Azərbaycana Gürcüstan ərazisi vasitəsilə keçməsi barədə məlumatlar yalandır və bölgədəki vəziyyəti daha da gərginləşdirməyə yönəldilib”.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili bildirib.

Onun sözlərinə görə, DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə aktiv əlaqəni davam etdirir:

"Təhlükəsizlik məsələləri üzrə bütün qərarlar regiondakı vəziyyət və cari proseslər nəzərə alınmaqla qəbul ediləcək. Gürcüstanın dövlət təhlükəsizliyi və bölgədəki sabitliyə təhdid olan istənilən fəaliyyətə qarşı qanunauyğun tədbirlər görüləcək”. /Report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR