Logo

Qarabağa görə İrandakı 25 milyon türk ayağa qalxdı

Qarabağa görə İrandakı 25 milyon türk ayağa qalxdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İranın Dağlıq Qarabağ məsələsində Ermənistana dəstək verərək hərbi yardım göndərməsi ölkədə yaşayan 25 milyon türkü ayağa qaldırıb.

Sfera.azbildirir ki, İranda son günlər baş tutan etiraz aksiyalarını Türkiyə mediası da geniş işıqlandırır. Məlumata görə, günlərdir ki, Təbrizdə xalq küçələrə tökülüb.

Aksiyaçılar Təbrizlə yanaşı, Ərdəbil, Urmiya, Zəncan şəhərlərində də küçələrə axın edərək "Qarabağ bizimdir, bizim olacaq”, "İrəli, irəli, Azərbaycan əsgəri”, "Nurdüz” gömrük qapısı bağlansın” kimi şüarlar səsləndirirlər.

Bildirilir ki, İran polisi bəzi bölgələrdə gözyaşardıcı qazdan istifadə edərək aksiyaları dağıtmağa çalışıb. Hadisələr zamanı 12 nəfər aktivistin saxlanıldığı iddia edilir.

Qeyd edək ki, İranın 81,8 milyonluq əhalisinin 42 faizini türklər təşkil edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR