Logo

Bloqer Məhsəti Hüseynova: Biz hamımız təmiz və təhlükəsiz taksi istəmirik?

Bloqer Məhsəti Hüseynova: Biz hamımız təmiz və təhlükəsiz taksi istəmirik?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bəzən yeniliklər olanda bir qrup insan kor koranə olaraq onu qəbul etmədiyini bildirir, araşdırmaq, öyrənmək, müsbət tərəflərin analiz etmək əvəzinə qarşı çıxır, etiraz edirlər.

Hər gün insanların əksəriyyətinin taksi sürücülərindən yüzlərlə şikayətlərinin şahidi oluram. Məsələm, sürücülərin yolları tanımaması, müştəriylə etik davranış qaydalarına əməl olunmaması, səliqəsiz geyim, texniki cəhətdən avtomobillərin nasazlığı, təmiz olmaması və s. Bu problemlərin siyahısını daha da uzada bilərik.

Biz hamımız təmiz taksi istəmirik? Təhlükəsiz taksi istəmirik?

Dünyanın ən qabaqcıl ölkələrində, lap elə bizim Naxçıvanda taksi sahəsində qayda qanunu, təmiz, səliqəli geyimdə, qalstuklu üzü qırxılmış taksi sürücüləri olmasını dəstəkləyirik, öz taksilərimizin də belə olmasını istəyirik. Amma BNA bu sahəni tənzimləmək istəyəndə niyə qarşı çıxırıq. Niyə ona bu çətin işlərdə dəstək olmuruq?

Taksilərin qiyməti və fəaliyyəti ilə bağlı BNA tərəfindən gündəmə gətirilən məsələdə niyə onun təkliflərini dəyərləndirmirik?

Bloqer Məhsəti Hüseynova: Biz hamımız təmiz və təhlükəsiz taksi istəmirik?

Təkliflərdən biri Bakıda 8-12 nəfərlik marşrut taksilərinin fəaliyyətinə icazənin verilməsi ilə bağlıdır. Bu xüsusilə şəhərətrafı qəsəbələr istiqamətində istifadə olunması mümkündür. Və əminəm ki, bu sərnişinlərin rahatlığı üçün çox vacibdir. Digər tərəfdən vahid idarəetməsisteminə uyğun olaraq qiymət və fəaliyyət olduqda artıq heç bir sürücü tələbat çoxaldıqda və ya hava şəraiti ilə bağlı süni şəkildə qiymət qaldırmayacaq.

Başqa bir məqam taksi sürücüləri bizim haqqımızı tapdalayanda şikayətimizi hara edəcəyimizi biləcəyik.

Çoxlarının yadındadır ki, bir neçə il əvvəl Bakıda kondisionersiz, köhnə, yollarda qalan avtobuslar fəaliyyətdə idi. İndi isə Bakıda yüksək komfortlu, vaxtlı vaxtında fəaliyyət göstərən Baku Busda gəzəndə ürəyimiz açılır. Bunun nəyi pisdi ki? Bu nəqliyyat islahatlarını nə tez unutduq?

Bəs bütün taksilərimiz ucuz qiymətə xidmət göstərən yüksək keyfiyyətli, komfort taksilər olsa pis olarmı?

Bir də ki, bu məsələdə BNA sadəcə icraçıdır və qərar hələ icra edilməyə başlanmayıb. Sadəcə əhalidən təklifləri toplamağa dair işlər görür.

Hər bir insan metro, avtobus və ya taksidə gəzmək seçimini özü edir və əgər pul veririksə verdiyimiz pula uyğun xidmət də olmalıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR