Bloqer Emin Əfəndi: İllər öncə “karsan” və “qazel”lərin daimi sərnişini idim
Məşhur teleaparıcı və bloqer Emin Əfəndi BNA ilə bağlı gedən müzakirələrə qoşularaq maraqlı paylaşım edib.
Sfera.az xəbər verir ki, o özünün Telegram kanalında yazıb:
Mən qarışıq bütün məlumatlı və bəzən də məlumatsız cəmiyyətimiz üç gün öncə artıq formalaşmış taksi sisteminin müdafiəsinə qalxdıq.
Qalstuklu və eynəkli səbəbkar televiziya ekranından tamaşaçılara ölkəmizdəki taksi xidmətlərinin rəqabət nəticəsindəqiymətlərin çox aşağı olmasından şikayətlənib və mövcud vəziyyətin yenidən nəzərdən keçirilməsinin anonsunu vermişdi.
Köhnə idarəetmələri nəzərə alaraq, gələcək gedişatı təxmin etmək böyük problem olmamalı idi. Sosial şəbəkəçilərə yazmaq üçün material, saytlara sensasiya, taksi işçilərinə əlavə narahatlıq verilmişdi.
Nəticədə isə yazıb, danışıb, göstərib keçməliydik və yaxuq qayıtmalıydıq başqa mövzulara.
O mövzulara ki, rahat kimisə tənqid və bəzən də təhqir edə bilərik, və buna görə də bizə heç kim heç nə deyə bilməyəcək. Burda isə əlbətdə ki, heç bir üzürxahlıqdan söhbət belə gedə bilməzdi.
Amma bu dəfə nəsə başqa cür oldu...
Taksilərdəki gedişhaqqının ucuz olmasına şikayət edən məmuru, növbəti gedişlə işdən azad etdilər. Yəni səsimizi eşidib ən düzgün addımı atdılar.
Bu qədər sadə. Və bu sadəlik bir çox nəqliyyat nailiyyətləri kimi kölgədə qaldı.
Sözün açığı, mən ictimai nəqliyyatdan demək olar ki, istifadə etmirəm. Nadir hallarda istisnalar olur, misal üçün taksi, və lap nadir halda "ayıq sürücü”.
İllər öncə isə "karsan” və "qazel”lərin daimi sərnişini kimi deyə bilərəm ki, əlbəttə nəqliyyat sistemimizdə irəliəyişlər var.
Yeni modern və təmiz avtobuslar, səliqəli dayanacaqlar, rahat "BakıKart” ödəmə məntəqələri, və ən əsası sərnişinlərin marağını üstün tutaraq dərhal hadisələrə düzgün reaksiya verən müasir düşüncəli rəhbərlik.
Bircə bu parklamanı da düzəltsələr lap yaxşı olar.
Əlbəttə çatışmazlıqlar hələ də var. Və onların aradan qaldırılmasında bizim məsləhətlərimizə ehtiyac duyulur.
Və sonda Edqar Po demişkən "hara getdiyini bilmirsənsə heç bir nəqliyyat sənin üçün yolüstü ola bilməz”






