Logo

10-OO-018 “saxla” əmri verən polisi vurdu - SON DƏQİQƏ

10-OO-018 “saxla” əmri verən polisi vurdu - SON DƏQİQƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Bu gün saat 12 radələrində Bakı-Qazax avtomagistralının Hacıqabul rayonundan keçən hissəsində xüsusi karantin rejimi ilə əlaqədar polis tərəfindən qurulmuş postda insident baş verib.

Sfera.az xəbər verir ki, Qazax istiqamətində hərəkət edən "Mercedes S Class 500” markalı lüks avtomobil polisin "saxla” əmrinə tabe olmayıb.

10-00-018 dövlət nömrə nişanlı lüks avtomobil sürətlə hərəkət edərək, onu saxlamağa çalışan polisi vurub.

Polis serjantı dərhal həmkarlarının köməyi ilə xəstəxanaya aparılıb.

Əraziyə post-patrul xidməti əməkdaşları cəlb edilib və hadisəni törədən sürücü saxlanılıb.(publika)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR