Logo

“Ajiotaj yaradırlar, az qalır durub oynasınlar” - Siyavuş Novruzov

“Ajiotaj yaradırlar, az qalır durub oynasınlar” - Siyavuş Novruzov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu gün yalandan ajiotaj yaradırlar. Neftin qiymətinin düşməsi və digər tədbirlərlə əlaqədar dövlət lazımi addımları atır”.

Sfera.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, əsasən xaricdə olan mətbuat orqanları bu məsələləri şişirdir:

"Az qalır ki, durub oynasınlar. Bu gün neftin gəlirlərindən dövlət tərəfindən çox böyük işlər görülür. Hesab edirəm ki, mütəxəssislər televizyaya çıxıb insanlara deməlidir ki, həmin ajiotaclara inanmasınlar. Bu məsələdə insanlarımız narahat olmasınlar. Dövlət və dövlət başçısı insanların yanındadır”. /Report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR