Bir xəstənin MÜSAHİBƏSİ

Bir xəstənin MÜSAHİBƏSİ

Ermənistanın baş naziri Paşinyan Rusiyanın TASS informasiya agentliyinə yeni müsahibə verib.Məğlub etdiyimiz ölkə olsa da,düşmənin nə düşündüyünü,nələri planlaşdırdığını və yeni hədəflərini bilmək vacibdir.

 

Müsahibə faktının özü bir göstəricidir.Bu o deməkdir ki,ya Rusiyanın rəsmi dairələri Paşinyanın arxasında müəyyən elektoratın hələ də dayandığını nəzərə alır,ya da Rusiyanın zamanında istədiklərini Paşinyan artıq ona verməyə hazırdır.Əgər Paşinyan Rusiyanın xeyrinə siyasi oriyentasiyasını dəyişmək qərarını veribsə, inanmıram ki,Kreml onun səmimiyyətinə sonadək güvənsin. Çünki, bir dəfə satqınlıq və xəyanət edən,sığındığı siyasi qucaqların ünvanını dəyişən şəxs,bunu hər zaman təkrarlaya bilər.Bu, Moskvaya daha yaxşı məlumdur.

 

Müsahibədə səslənən fikirlər bir daha təsdiq edir ki, Paşinyanı narahat edən əsas problem Ermənistanda yaşanan ciddi ictimai-siyasi gərginlik və sabitliyin pozulmasıdır. Onun vizual görünüşü və cavablarındakı inamsızlıq  deməyə əsas verir ki,erməni cəmiyyətində hökm sürən ruh düşgünlüyü Paşinyanın özünü daha çox sarsıdıb. Bununla yanaşı,müsahibədən görünən həm də odur ki,Ermənistanın ağır məğlubiyyətinə məhz özünün səbəbkar olduğunu Paşinyan ya sonadək anlamır,ya da bunu etiraf etmək gücündə deyil.Bu populist siyasətçinin cəsarəti çatıb hələ də ictimai şəkildə etiraf etmir ki, Ermənistanın məğlubiyyətinin əsası məhz onun Qarabağda,Şuşada verdiyi avantürist bəyanatlarla qoyuldu.

 

Açığını deyim,müsahibəni izlədikcə,Paşinyanın psixoloji durumu ilə bağlı əvvəlki təxminlərimdə yanılmadığım qənaətinə gəldim.Müharibəni uduzmuş bir ölkənin rəhbəri əvvəlki inamla olmasa da, dırnaqarası "Dağlıq Qarabağ respublikası”,qondarma "Dağlıq Qarabağ və artsax xalqı” kimi avantürist ritorikadan hələki istifadə edir.Ehtimal etmək olar ki,onun bu cəfəng fikirləri daxili auditoriyaya və öz siyasi legitimliyinin erməni cəmiyyətinin gözündə sonadək itirilməməsinə hesablanıb.Lakin nəzərə alsaq ki, müsahibəni beynəlxalq auditoriyanın da izləmək imkanları var,gəldiyim qənaət belədir:bu şəxs xəstədir. Söhbət yalnız məğlub ölkə başçısının fərdi psixoloji durumundan getmir.Məsələ daha qəlizdir.”Dənizdən-dənizə”, ”böyük Ermənistan” kimi xəstə erməni təxəyyülü, xəstə erməni mifiologiyası bunların damarlarına işləyib,beyinlərini pozub. Paşinyanın özü də bu xəstəliyin daşıyıcılarından biridir.Noyabrın 10-da üçtərəfli birgə bəyanata-faktiki təslimçilik aktına Paşinyanın ictimai şəkildə imza atmamasının yeganə səbəbi məhz onun bu xəstəliyidir.Nə qədər avantürist birisi olsa da, Paşinyan gözəl anlayırdı ki, "məğlubedilməz” erməni mifinin dağılmasının ictimai etirafını,dünyanın gözü qarşısında atılan imzanı erməni cəmiyyəti ona bağışlamaz.

 

Erməni xalqının bu məğlubiyyəti Paşinyana bağışlayıb-bağışlamayacağı onun öz işi,öz seçimidir.Amma xəstə təxəyyüldən,boş xülyalardan nə qədər tez qurtulmağı bacarsalar,əgər bunu bacarsalar,yaşadığımız regionun ab-havası da bir o qədər tez təmizlənər və Cənubi Qafqazda davamlı sülh,əmin-amanlıq bərpa olar.Azərbaycan xalqı,bizim hər birimiz üçün vacib olan isə Prezident,Ali Baş Komandan İlham Əliyevin noyabrın 23-də Ağdam məscidinin önündə söylədiyi bu fikirlərdir:”Biz onları məğlub etmişik. Paşinyan kimdir,mən indi onun haqqında danışmaq istəmirəm,nə lazımsa demişəm... Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş,qorxaq damğası ilə yaşayacaqsınız”.

 

Vacib olan da elə budur,Azərbaycanın əldə etdiyi tarixi hərbi qələbədir!

 

Ülvi Quliyev

Milli Məclisin deputatı 



OXŞAR XƏBƏRLƏR

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...