Beynəlxalq Bankının sosial layihəsi beynəlxalq mükafat qazandı

Beynəlxalq Bankının sosial layihəsi beynəlxalq mükafat qazandı

Azərbaycan Beynəlxalq Bankının fiziki məhdudiyyətli gənclərlə birgə həyata keçirdiyi "Kitabı dinlə” korporativ sosial məsuliyyət layihəsi "International CSR Excellence Award” mükafatına layiq görülüb. Mərkəzi ofisi Londonda yerləşən təşkilati komitə mükafatı banka təqdim edib.

"International CSR Excellence Award” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən aparıcı biznes qurumlarının sosial məsuliyyət layihələrini dəstəkləmək, onları öz əsas funksiyaları ilə yanaşı, digər sahələrdə də cəmiyyətə ictimai fayda verməyə ruhlandırmaqdır. "International CSR Excellence Award” haqqında daha ətraflı: https://csrawards.co.uk

Bu il "International CSR Excellence Award” mükafatlarını qazananlar sırasında Böyük Britaniyanın aparıcı energetika şirkətlərindən "Northern Gas Networks”, "British Gas”, xidmət sektorunda fəaliyyət göstərən "Morgan Sindall”, "McGee” şirkəti, Səudiyyə Ərəbistanının SAUDI ARAMCO şirkəti, İsveçrənin "IWC SCHAFFHAUSEN” kompaniyası və s. bu kimi tanınmış qurumlar var. Ötən illərdə bu yüksək mükafat "Coca-cola”, "Shell”, "Warner Bros”, "Türkcell” kimi şirkətlərə də verilib.

Azərbaycan Beynəlxalq Bankının fəaliyyətində korporativ sosial məsuliyyət layihələri mühüm yer tutur. Bank son illər cəmiyyətdə maliyyə savadlılığının artırılması, tarixi-mədəni dəyərlərimizin təbliği, gənclərin fərdi inkişafı və məşğulluğuna kömək, startap ideyalarının dəstəklənməsi və s. bu kimi sahələrdə öz tərəfdaşları ilə birgə müxtəlif maraqlı sosial məsuliyyət layihələri həyata keçirib və bu layihələrin bir qismi indi də davam etməkdədir.

"Kitabı dinlə” layihəsi isə ana dilimizdə elektron resursların yaradılmasına və fiziki məhdudiyyətli gənclərimizin cəmiyyətə fəal inteqrasiyasına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində Azərbaycan dilində bir sıra kitabların audiovariantı hazırlanıb. Səsli kitablar www.kitabidinle.az portalında yerləşdirilib. Kitabları bu portaldan yükləmək, yaxud onlayn qaydada dinləmək olar.

Xatırladaq ki, "Kitabı dinlə” layihəsi bu il Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və digər müvafiq qurumların birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq keçirilmiş Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin də qaliblərindən olub. Layihə "Təhsildə inklüzivliyin təmin edilməsi” nominasiyası üzrə ilin layihəsi seçilib.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən,www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyindən daha bir - AÇIQLAMA

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirli...

Afaq Bəşirqızı cəbhə bölgəsinin sakinlərinə — MÜRACİƏT ETDİ - EKSKLÜZİV VİDEO

"Elə bilməyin ki, biz burada sakitik və heç nədən xəbərimiz yoxdur. Hər şeyi izləyirik və xəbərimiz var”.   Bunu Xalq artisti Afaq Bəşirqızı "Ölk...

Şəhidlərimizdən birinin adı məlumdur - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək m...

“Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib” - Müdafiə Nazirliyi

Müdafiə Nazirliyinin Mətbuat Xidməti yeni açıqlama yayıb. Sfera.az xəbər verir ki, nazirliyin rəsmi sosial şəbəkə hesabında bildirilib:  "Azərb...

Tovuzda şəhidlərimiz izdihamla qarşılandı - VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədil...

Şəhid olan daha bir hərbi qulluqçumuzun fotosu yayıldı-FOTO

Bu gün erməni təxribatı nəticəsində şəhid olan daha bir hərbi qulluqçumuzun fotosu yayılıb. Sfera.az BAKU.WS-ə istinadən verdiyi məlumata görə düşmə...