Belçika yığması Fransa ilə görüşdən niyə imtina etdi ?

Belçika yığması Fransa ilə görüşdən niyə imtina etdi ?
 

Futbol üzrə Fransa millisi AVRO-2020-yə hazırlıq çərçivəsində yoldaşlıq oyunları üçün rəqib tapmaqda çətinliklə üzləşib.

Sfera.az xəbər verir ki, artıq bir neçə komanda fransızlarla qarşılaşmaqdan imtina edib. Onlardan biri də Belçika yığması olub. Bu kollektivlər arasında gələn ilin martında yoldaşlıq matçının keçirilməsi barədə ilkin razılıq əldə olunsa da, belçikalılar fikirlərini dəyişiblər.

Müvafiq qərarı baş məşqçi Roberto Martines qəbul edib. Onun fikrincə, Avropa çemionatı ərəfəsində məğlub olmaq komandanın əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilər. İmtinaya digər səbəb kimi Belçikanın yeniləcəyi təqdirdə FIFA reytinqində liderliyini itirmək qorxusudur.

Belçika seçmə mərhələdə 10 oyundan 30 xal toplayaraq, 100 faizlik nəticə ilə AVRO-2020-yə vəsiqə qazanıb. Martinesin rəhbərlik etdiyi kollektiv Avropa çempionatında Danimarka, Finlandiya və Rusiya ilə birgə B qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, Belçika 1765 xalla FIFA reytinqində liderdir. Fransa 1733 xalla ikinci, Braziliya isə 1712 xalla üçüncü sıradadır.


OXŞAR XƏBƏRLƏR

“Finala keçməyə qoymadılar” - Xalq artisti

Xalq artisti Flora Kərimova final mərhələsinə keçə bilməyən "Avroviziya 2024" təmsilçilərimiz Fahree və İlkin Dövlətovla bağlı sosial şəbəkə...

Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ

Günəş küləyinin sürətinin müsbət qütblü Yüksək Sürətli Tac dəliyi Axınlarının və TKA-ın təsiri ilə artacağı gözlənilir.   Şamaxı Astrofizika Rəsədxan...

Bu abituriyentlərə üzücü xəbər - Universitetə qəbul ola bilməyəcəklər

Hazırda abituriyentlər kritik dönəmdən keçirlər. Ali məktəbə qəbul imtahanının növbəti mərhələsinə sayılı günlər qalıb. İndi tələbə adını qazanmaq uğrunda yarış...

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Baş katibinin köməkçi...

Bloqqer 26 “Tesla” avtomobilini pulsuz hədiyyə edəcək - FOTOLAR

MrBeast kimi tanınan amerikalı bloqqer Cimmi Donaldson 26 “Tesla” elektrik avtomobilini hədiyyə etmək qərarına gəlib. O, bunu 26 yaşı tamam olması m...

Dünyanın ən bahalı futbol klubunun adı AÇIQLANDI

“Sportico” idman biznes portalı dövrümüzün aparıcı futbol klublarının dəyəri ilə bağlı məlumatları dərc edib.   Sfera.az xəbər verir ki, ...