Belarusda yaşayan soydaşlarımız Azərbaycan Ordusuna dəstək aksiyası keçiriblər - FOTO

Belarusda yaşayan soydaşlarımız Azərbaycan Ordusuna dəstək aksiyası keçiriblər - FOTO
 Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə ağır artilleriyadan hücum etmələri nəticəsində şəhid olmuş hərbçilərimizin xatirəsini yad etmək və Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan İcmaları Konqresinin nümayəndələri və Belarusda yaşayan Azərbaycan diasporu səfirliyimizin önündə toplaşıblar.

Sfera.az xəbər verir ki, aksiyada çıxış edən səfir Lətif Qəndilov Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr barədə ətraflı məlumat verib. L.Qəndilov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücuma keçməsinin əsas məqsədlərini diasporumuzun nümayəndələrinə açıqlayıb və bildirib ki, Ermənistan rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağın münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyini dəstəkləyən beynəlxalq təşkilatların fikrini yayındırmaq üçün yeni ərazidə gərginlik yaratmağa başlayıb. Səfir Prezident İlham Əliyevin yaranmış vəziyyətin qarşısını almaq və stabilləşdirmək üçün gördüyü işlər və Təhlükəsizlik Şurasının iclasının nəticələri barədə məlumat verib.

Diaspor nümayəndələrimiz, eyni zamanda, səfirliyin gördüyü işlər barədə də məlumatlandırılıb.

Soydaşlarımız səfirliyin həyətində dövlət bayrağımızın önünə gül dəstələri qoyaraq şəhidlərin xatirəsini yad ediblər. (azərtac)

OXŞAR XƏBƏRLƏR

“Finala keçməyə qoymadılar” - Xalq artisti

Xalq artisti Flora Kərimova final mərhələsinə keçə bilməyən "Avroviziya 2024" təmsilçilərimiz Fahree və İlkin Dövlətovla bağlı sosial şəbəkə...

Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ

Günəş küləyinin sürətinin müsbət qütblü Yüksək Sürətli Tac dəliyi Axınlarının və TKA-ın təsiri ilə artacağı gözlənilir.   Şamaxı Astrofizika Rəsədxan...

Bu abituriyentlərə üzücü xəbər - Universitetə qəbul ola bilməyəcəklər

Hazırda abituriyentlər kritik dönəmdən keçirlər. Ali məktəbə qəbul imtahanının növbəti mərhələsinə sayılı günlər qalıb. İndi tələbə adını qazanmaq uğrunda yarış...

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Baş katibinin köməkçi...

Bloqqer 26 “Tesla” avtomobilini pulsuz hədiyyə edəcək - FOTOLAR

MrBeast kimi tanınan amerikalı bloqqer Cimmi Donaldson 26 “Tesla” elektrik avtomobilini hədiyyə etmək qərarına gəlib. O, bunu 26 yaşı tamam olması m...

Dünyanın ən bahalı futbol klubunun adı AÇIQLANDI

“Sportico” idman biznes portalı dövrümüzün aparıcı futbol klublarının dəyəri ilə bağlı məlumatları dərc edib.   Sfera.az xəbər verir ki, ...