Bayramovla Mirzoyanın görüş günündə baş verənlər: Əsgərimiz şəhid oldu, Rusiyanın və Minsk qrupunun gizli niyyəti...

Bayramovla Mirzoyanın görüş günündə baş verənlər: Əsgərimiz şəhid oldu, Rusiyanın və Minsk qrupunun gizli niyyəti...
"Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Minsk görüşündən böyük nəticələr gözləmirəm”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Teymur Qasımlı deyib. Müsahibimiz görüş günü əsgərimizin şəhid olduğunu xatırladıb:

"Ona görə Mirzoyan-Bayramov görüşündən gözləntilər yoxdur. Ancaq yeniliklər ola bilər. Düşünürəm ki, prezident İlham Əliyevlə Nikol Paşinyan görüşərsə (bunun üçün hazırlıqların getdiyi istiqamətində iddialar var), o zaman gözləntilərin olması mümkündür. Üstəlik ermənilər Zəngəzur dəhlizinin açılmasını istəmirlər. Digər tərəfdən XİN rəhbərlərinin görüşü günündə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyanat verdi ki, biz Zəngəzur dəhlizi yox, yol aça bilərik. Bu onu göstərir ki, ermənilər münaqişənin bitməsini, sülh, kompromis istəmirlər. Prosesləri izləyib nələr olacağını görəcəyik. 
Eyni zamanda Fransanın Ermənistandakı səfiri maraqlı açıqlama verdi ki, ATƏT-in Minsk qrupu çərçivəsində sülh müqaviləsi hazırlanır. Amma nə olduğu bildirilməyib. Mirzoyanla Bayramovun görüşündə də əsasən, həbs etdiyimiz diversiya qruplarının geri qaytarılması olub. Ermənistan hökuməti indi əsirləri geri qaytarmaqdan ötrü mübarizə aparır. Daha sonra sərhədlərin delimitasiyası ilə əlaqəli məsələlərdə ortaq kompromisə gəlinə bilər. Ancaq əsgərimizin şəhid olması, Qarabağda baş verən silahlı insidentlərin, qeyri-qanuni hərbi dəstələrin olması hələlik heç bir nəticənin olmayacağını göstərir”.

Digər müsahibimiz politoloq Fərhad Məmmədov saytımıza açıqlamasında qeyd edib ki, Minskdə keçirilən görüşə ümumi proseslər çərçivəsində baxmalıyıq:
 
"Bu, artıq ikinci görüşdür. Lakin ilk görüş Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutmuşdu. İkinci görüş isə, Rusiya Xarici İşlər nazirliyinin. Bu onu göstərir ki, Rusiya üçtərəfli formatdan çıxmaq niyyətində deyil və konkret məsələlər də bu formatda müzakirə edilir, həllini tapır. Rusiya artıq bir çox səviyyələrdə belə üçtərəfli format yaradır. Bu, ilk növbədə ölkə rəhbərlərinin görüşüdür, daha sonra hökümətlərarası komissiyalar, xüsusi xidmət orqanlarının mütəmadi olaraq görüşləri keçirilir, baş prokurorların, dini rəhbərlərin görüşü baş tutdu. İndi isə, Ermənistanın daxili siyasətindəki çaxnaşmalardan, XİN rəhbərləri təyin edildikdən sonra, bu formatda fəaliyyətə başladı. Rusiya yeganə vasitəçilik institundan nəinki, imtina etmək istəmir, əksinə, onun sahələrini genişləndirir”.

Müsahibimizin sözlərinə görə, qeyd edilənlər Minsk qrupunun həmsədrlərinə geniş yer verilmədiyini göstərir:

"Faktiki olaraq Nyu-York görüşündən sonra, Minsk qrupunun həmsədrlərinin bəyanatına baxsaq görərik ki, orada 10 noyabr üçtərəfli bəyanata istinadən, öz fəaliyyətlərini qorumaq niyyətində olduqlarını bildirirlər. Bu da öz növbəsində onu göstərir ki, Rusiya yeganə vasitəçilik missiyasını davam etdirmək niyyətindədir və Minsk qrupu sadəcə olaraq üçtərəfli formatda qəbul olunan qərarların təsdiqedicisi və ya dəstəkçisi rolunda çıxış edir. Maraqlı məqam budur”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...