Bayden Obamanı Trampla səhv saldı
09:12 / 29.07.2021
1287
ABŞ prezidenti Cozef Bayden keçmiş həmkarları Barak Obama ilə Donald Trampı səhv salıb.
Sfera.az xəbər verir ki, bu barədə "Novosti” məlumat yayıb.
Belə ki, Bayden "C-SPAN” televiziya kanalı tərəfindən yayımlanan Pensilvaniyadakı çıxışı zamanı, 2009-cu ildə Prezident Tramp ona avtomobil sənayesindəki böhranı həll etmək barədə tapşırıq verdiyini söyləyib.
"Bağışlayın... Mən vitse-prezident olduğum zaman prezident Obama idi” deyə, Bayden dərhal səhvini düzəldib.
Barak Obama, 2009-cu ildən 2017-ci ilə qədər ABŞ-ın prezidenti, Bayden isə o zaman vitse-prezident vəzifəsində çalışıb.