Baloğlan Əşrəfov efirdən uzaqlaşdırılan şərhçiyə görə Rövşən Məmmədova müraciət etdi

Baloğlan Əşrəfov efirdən uzaqlaşdırılan şərhçiyə görə Rövşən Məmmədova müraciət etdi
Tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfov "İdman Azərbaycan" kanalının şərhçisi İsmayıl Abdullayevin bir müddətlik efirdən uzaqlaşdırılması ilə bağlı AZTV-nin sədr əvəzi Rövşən Məmmədova müraciət edib:

Sfera.az-ın məlumatına görə, B.Əşrəfov "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində qeyd edib ki, İ.Abdullayev onun ən sevdiyi şərhçidir:

"Azərbaycanda xeyli futbol şərhçisi var ki, mən onların içində yek İsmayılı görürəm. İsmayıl ən zəif oyunu da maraqlı şərh edir, adama elə gəlir ki, sürətli oyun gedir. Bəzi şərhçilər ən sürətli oyunu da maraqsız aparırlar. Bildiyimə görə onu irqçilikdə ittiham edirlər. Rusiyanın məşhur şərhçisi Nikolay Ozerov ağzından elə söz qaçırıb ki, kimsə buna görə onu ittiham etməyib. Belə gözəl kadrı, şərhçini sevdiyi işdən uzaqlaşdırmaq məgər çox böyük qəhrəmanlıqdır? Onsuz da futbolumuz ləngdir, zəifdir. Belə şərhçiləri uzaqlaşdırmağın nə mənası var?. Mən cənubluyam, İsmayılın heç hansı regiondan olduğunu da bilmirəm. Sadəcə, İsmayıl şərhçiliyi ilə mənim futbola olan marağımı bir az da artıb".  

Qeyd edək ki,  "İdman Azərbaycan” telekanalı vasitəsiylə canlı yayımlanan "Mançester Yunayted” - "Çelsi” matçı zamanı irqçiliyə yol verdiyinə görə İ.Abdullayrb bir ay müddətinə efirdən uzaqlaşdırılıb. O, bu barədə sosial şəbəkədə yazıb.


OXŞAR XƏBƏRLƏR

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...