Bakıda tikilən yeni metro stansiyanın içindən FOTOLAR

Bakıda tikilən yeni metro stansiyanın içindən FOTOLAR
Bakı metrosunun Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, uzunluğu 170 metr olan "B-04” stansiya kompleksi dörd səviyyədən ibarət olacaq.

"Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, hazırda birinci mərhələ çərçivəsində kassa zalı səviyyəsində torpaq qazıma və döşəmə tavasının monolit dəmir-betonlama işləri yerinə yetirilir.

Ərazinin relyefindən asılı olaraq işlər 29-32 metr dərinlikdə aparılır. Yuxarı qatda yerləşən kassa zalı və vestibüldən sonra ikinci səviyyə, keçid və yaxud texniki səviyyənin inşasına başlanılacaq.

Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin qatıdır. Sonuncu, platforma səviyyəsi, başqa sözlə, qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalından ibarət olacaq. Uzunluğu 144 metr olan platformanın altı texniki qurğular üçün nəzərdə tutulub.

Texnoloji tələblərin ardıcıllığına uyğun olaraq, stansiyanın keçidləri bütün işlərin sonunda yerinə yetiriləcək. Hazırda inşa olunan kassa zalı səviyyəsindən dörd giriş-çıxışın olması nəzərdə tutulub. Bu isə yerüstü avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək.

Bu stansiyada da səviyyədən səviyyəyə keçid eskalatorlar və pilləkənlərlə təmin ediləcək. Xəttin digər stansiyalarındakı kimi əlil arabalarının stansiyaya endirilməsi üçün liftlər quraşdırılacaq.
 
(baku.ws)

OXŞAR XƏBƏRLƏR

Xerson raket atəşinə tutuldu: ölən və yaralananlar var

Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.   Sfera.az xəbər verir ki, bu bar...

Tovuzda 3 nəfər dəm qazından zəhərlədi - biri öldü

Tovuzda bədbəxt hadisə baş verib.   Sfera.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvə...

Mahsun Kırmızıgüldən hər kəsi duyğulandıran görüntülər - VİDEO

Türkiyəli müğənni Mahsun Kırmızıgülün görüntüləri diqqət çəkib.   Sfera.az bildirir ki, müğənni Tovuz istiqamətində döyüşlərdə şəhid olan general-may...

DİN valideynlərə müraciət ETDİ - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) uşaqların kibertəhlükəsizliyi ilə bağlı valideynlərə müraciət edib.   Sfera.az xəbər verir ki, bu müraciət videoçarx for...

İlham Əliyev və Seyid İbrahim Rəisinin sərhəddə görüşü başlayıb - FOTO

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Preziden...

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son GÖRÜNTÜSÜ

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun son görüntüsü yayılıb.   Sfera.az Modern.az-a istinadla xəbər verir ki, T.Əhmə...