Bakıda restoranda toy edən 40 nəfər cərimələndi - FOTO

Bakıda restoranda toy edən 40 nəfər cərimələndi - FOTO
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Balaxanı qəsəbəsində yerləşən "Zəfər Qalası” restoranında sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı obyektin sahibi Ziya Nuriyevin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən mərasimin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Toy zamanı restoranda olan 40 nəfər barəsində inzibati protokol tərtib edilib.Ümumilikdə toyun keçiriməsində iştirak edən şəxslər 8000 manat məbləğində cərimələniblər.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDİR - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir. ...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...