Bakıda \"1 manatlıq\" taksilərlə rəqib gəlir - DAHA UCUZ MARŞRUT TAKSİLƏR

Bakıda \
 

Bakıda bəzi istiqamətlərdə əhalinin tələbatını ödəmək üçün Ekspress marşrut taksilər xəttə buraxılacaq. 

Sfera.az  FED.az-a istinadən xəbər verir ki, bunu BNA-nın rəhbəri Vüsal Kərimli deyib. 

O bildirib ki, pandemiyadan sonra ekspress xətlərin qalması məsələsi analiz olunacaq: "Çünki ictimai nəqliyyat, məsələn, metro və marşrut avtobusları müəyyən yerlərdə bir-birini təkrarlamamalıdır. Bu, həm iqtisadi cəhətdən, həm də yol infrastrukturu tərəfdən səmərəsiz sayılır. Amma 1 manatlıq taksilərin fəaliyyəti ilə əlaqədar analiz etmişik. Pandemiya dövründən sonra da xüsusi ekspress marşrut taksi sisteminin tətbiq olunması planlaşdırılır. 

Məsələn, Həzi Aslanov - Koroğlu, Koroğlu – 20 Yanvar istiqamətlərindəki qeyri-qanuni taksi fəaliyyəti nəzərdə tutulub. Bu istiqamətdə ekspress xətlər buraxılacaq. Bundan başqa, günün müəyyən saatlarında da ekspress xətlər istifadəyə verilə bilər. Dünya praktikasında da bu var. Pik saatlarda, məsələn, Lökbatandan Bakı mərkəzi istiqamətinə çox böyük istək var. Səhər pik saatlarda oraya ekspress xətlər buraxıla bilər. Amma normal vaxtlarda ekspress xətlər dayanacaq. Ekspress xətlərə metro açıldıqdan sonra sərnişin axınının analizinə əsasən baxılacaq”.


OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...