AzTv əməkdaşının ölümündən qabaq yazdığı status TƏBİB-i hərəkətə keçirdi: "ARAŞDIRIRIQ..."

AzTv əməkdaşının ölümündən qabaq yazdığı status TƏBİB-i hərəkətə keçirdi:

Xəbər verdiyimiz kimi, ötən gün AzTV-nin rejissoru Samir Nemətzadə koronavirusdan dünyasını dəyişib. 

Sfera.az xəbər verir ki, S.Nemətzadə ölümündən əvvəl ailəsinə göndərdiyi səsyazısı sosial şəbəkələrdə müzakirə edilib. Mərhum müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib. O, boğulduğunu və maskayla zorla nəfəs aldığını, xəstəxananın sanitar qovşağında yer olmadığını diqqətə çatdırıb: "Vəziyyət çox pisdir. Biri ordan qışqırır, biri burdan. Əl yumağa su yoxdur. Bura çox pisdir”.

Bundan başqa, həmin səsyazısında Samirin səsindən əlavə, fonda digər pasiyentlərin də öskürək, boğulma, qışqırıq səsləri eşidilir. 

Məlumata görə, S. Nemətzadə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko”) müalicə alıb. Bundan əvvəl də sosial şəbəkələrdə sözügedən xəstəxanada pasiyentlərə etinasız yanaşılması məsələsi müzakirə edilib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Unikal.org-a açıqlamasında bununla bağlı araşdırmaların getdiyini bildirib.


 

 

OXŞAR XƏBƏRLƏR

General Prezident Administrasiyasında: Ordudakı vəziyyət müzakirə edildi

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son çıxışlarında ideoloji işin gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icra...

Vətəndaş niyə 190 manat tələb edir, amma işləmək istəmir? – Ekspert səbəbləri açıqladı

"Vətəndaşlar işləmək əvəzinə daha çox 190 manat üçün müraciət edirlər. Bizim 26 mindən artıq vakant iş yerimiz var”. Bu açıqlamanı Milli Məclisin İqtisad...

“Riçard Hoqland bunu niyə indi deyir?” - Diplomatın Qarabağ açıqlamasına etiraz

"Dağlıq Qarabağ BMT-nin protektoratlığı altına keçməməlidir”. Bu sözləri Sfera.az-a açıqlamasında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riça...

Beyrut dəhşətli partlayışlardan sonra bu hala düşdü – FOTOLAR

Dünən Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib, nəticədə 78 nəfər ölüb, 4 mindən çox insan yaralanıb. Sfera.az xəbər verir ki, şəhərin bir neçə...

Samir Şərifov Milli Məclisdə - Azalmalar gözlənilir...

"Koronavirus pandemiyasının yayılması qlobal iqtisadiyyatda neqativ meyllərinin artmasına gətirib çıxarıb”. Sfera.az-ın məlumatına görə, bunu Milli Məclis...

Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, general-mayor İsmayıl Hüseynovla bağlı araşdırma başlanıb. Sfera.az-ın məlumatına görə, gömrük generalını...