“Azəriqaz”dan sayğaclarla bağlı AÇIQLAMA

“Azəriqaz”dan sayğaclarla bağlı AÇIQLAMA
Müştəri məmnuniyyətini daim üstün tutan "Azəriqaz” İstehsalat Birliyi fevral ayının 1-dən etibarən dövlət yoxlanışı üçün sayğacları əvəzləyərkən seçimi abonentlərin ixtiyarına verib.  Yəni, abonent əvəzlənəcək sayğacının yerinə tam sərbəst şəkildə ya mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac istəyə bilər.

Qurumun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, bu gün Birliyin əməkdaşları əvvəlcədən ödənişli Almaniya istehsalı olan "Zenner” markalı yeni sayğacların quraşdırılması zamanı da bu cür yanaşma nümayiş etdirib. Bundan başqa bir müddət əvvəl istifadəsində olan mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə aldığını iddia edən bir qrup abonent üçün də bu gündən yeni, əvvəlcədən ödənişli sayğaclar quraşdırılır. Baxmayaraq ki, bu iddialar təsdiqini tapmamışdı, lakin abonent məmnuniyyətini üstün tutaraq "Azəriqaz” İB belə addım atıb.

Qeyd edək ki, artıq əvvəlcədən ödənişli Almaniya istehsalı olan "Zenner” markalı yeni sayğacların 30 min ədədi ölkəyə gətirilib. Daha 30 min ədədi isə sifariş olunub və bu yaxınlarda təhvil alınacaq. Hər gün istismara verilməzdən əvvəl sayğaclar Birliyin Metrologiya Departamentində müasir avadanlıqlarla təchiz olunan laboratoriyada sınaqdan keçirilir. Gündəlik təqribən 500 ədəddən çox sayğac əvəzlənmə əməliyyatları üçün hazır olunur. Məlumat üçün qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qaydalara əsasən məişət qaz ölçü qurğuları əhali abonent qrupu üçün 5 ildən bir, qeyri-əhali abonent qrupu üçün 3 ildən bir dövlət yoxlanışına açılaraq götürülür, yerinə yenisi quraşdırılır. Bu proses tam ödənişsizdir.

Regionlarda da yeni "Zenner” sayğaclarının quraşdırılması üçün müəyyən qədəri bu gün Gəncə və Ağsu şəhərlərinə yola salınıb. Yeni sayğacların üstünlüyünə gəlincə, bura istifadə qaydalarının rahat olması, koda düşmə zamanı geriyə sayım əməliyyatının olmaması və smart kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənilməsinin mümkünlüyünü göstərmək olar.


OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...