Azərbaycanın yeganə rəsmi bukmeyker şirkəti "Topaz" yaranan texniki problemlə bağlı müraciət edib.

Azərbaycanın yeganə rəsmi bukmeyker şirkəti

"Topaz" istifadəçilərinin əlindəki biletler Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən təsdiqlənmiş qiymətli kağız sayıldığından istənilən bilet üzrə uduş təminatı şirkətin fərdi iradəsindən asılı deyil. Bu səbəbdən mərc oyunları qaydalarına əsasən, haqlı uduş sayılan bütün uduşlar mütləq ödənilməlidir və ödəniləcək.

 

Yaranan texniki problemlərə görə biletlərin avtomatik dəyərləndirilməsi dayandırılıb,  lakin "Topaz" əməkdaşları həftəsonu olmasına baxmayaraq fövqəladə rejimdə işləyir və hər bir bileti fərdi qaydada dəyərləndirərək uduşun haqlı şəkildə olduğu halda verilməsinə təminat verir. Şirkət oyunçulara bütün uduşların ödəniləcəyindən əmin olmalarını bildirir.

 

"Topaz" yaranan narahatçılığa görə üzr istəyir və problemin ən qısa vaxtda aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.

Həmçinin, qeyd edək ki, "Caspiantech" QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib və ticarət nişanı olan "TOPAZ" 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. "TOPAZ" markası yarandığı dövrdən bu zamanadək idmanın inkişafına xüsusi dəstəkçi olaraq, müxtəlif idman federasiyalarının xüsusi dəstəkçisidir. Bundan başqa, "Caspiantech" QSC hazırda müxtəlif layihələr üzərində çalışaraq Azərbaycanda fərqli idman növlərinin inkişafı üçün çalışır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər İMZALADI - SİYAHI

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbayca...

Ərdoğan Əli Əsədovu QƏBUL ETDİ - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib.   Sfera.az xəbər verir ki, qəbul zamanı Azərbay...

İlham Əliyev Ərdoğana COP-29-a dəvət məktubu GÖNDƏRDİ

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunacağıq.   Sfera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan B...

Bu müəllimlər MİQ-in birbaşa vakansiya seçimində İŞTİRAK EDƏ BİLƏRLƏR

Xəbər verdiyimiz kimi, 2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbul...

İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə TƏLTİF EDİLDİ

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.   Sfera.az-ın xəbərinə görə, Prezident İlham Ə...

Öldürülən BMT əməkdaşlarının sayı AÇIQLANDI

Qəzzada öldürülən BMT əməkdaşlarının sayı 188-ə yüksəlib.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yard...