Azərbaycanda koksaki virusunun olduğu təsdiqləndi

Azərbaycanda koksaki virusunun olduğu təsdiqləndi

Son vaxtlar Azərbaycanda əhali, xüsusilə uşaqlar arasında yeni bir xəstəlik yayılıb. Həkimlər bədəndə səpki, ishal, qusma simptomları ilə müşayiət olunan bu xəstəliyin koksaki virusu olduğunu bildirirlər.

Sfera.az xəbər verir ki, Səhiyyə Nazirliyi trend-ə açıqlamasında ölkədə bu virusun olduğunu təsdiqləyib.

Nazirlikdən bildirilib ki, Azərbaycanda koksaki virusuna yoluxma halları var. Artıq bəzi şəxslərə koksaki diaqnozu qoyulub.

Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev Trend-ə bildirib ki, bu xəstəliyin diaqnozu reaktivlərlə qoyulur.

Onun sözlərinə görə, bu xəstəliyə yoluxanlar həkim nəzarəti altında müalicə olunmalıdırlar. Onlar gün ərzində çoxlu maye qəbul etməli, qidalanma zamanı meyvə-tərəvəzdən istifadəyə üstünlük verməlidirlər:

"Koksaki virusuna yoluxan bəzi şəxslərdə mədə-bağırsaq pozğunluğu da olur. Bunu da qidalanma zamanı nəzərə almaq lazımdır. Onu da qeyd edim ki, adətən, koksaki xəstəliyi yoluxanlarda yüngül keçir, onun orqanizmdə elə bir fəsadı olmur. Amma xəstə özbaşına dərman qəbul etməməli, müalicəsini həkim nəzarəti altında aparmalıdır”.

Qeyd edək ki, hüceyrədaxili parazit sayılan "koksaki” virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpki özünü göstərir. "Koksaki” virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar.


OXŞAR XƏBƏRLƏR

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...