Azərbaycanda Hindistan ştammı təhlükəsi

Azərbaycanda Hindistan ştammı təhlükəsi

Koronavirus pandemiyasının Hindistanın Delta variantının yoluxma gücü daha çox olan yeni ştammı - "Delta Plus” (K417N) sürətlə yayılmağa davam edir.

Sfera.az xəbər verir ki, artıq dünyanın 11 ölkəsində yeni ştamma rast gəlinib.

Alimlər COVID-19-un Hindistan ştammına (DELTA) yoluxmuş xəstələrin dörd yeni simptomla qarşılaşdıqlarını bəyan edirlər. Belə ki, SARS-CoV-2-nin delta variantına yoluxanlar tez-tez ishaldan şikayətlənirlər. Halbuki pandemiyanın ilk dalğası zamanı bənzər simptom daha az müşahidə edilirdi. Bundan əlavə, Hindistan ştammının pasiyentləri qanqrenaya gətirib çıxaran trombların yaranması ilə qarşılaşırlar. Simptomlar arasında həmçinin eşitmə pozğunluğu və ağır mədə narahatlığı da var. "Delta” variantı son altı ayda 60-dan çox ölkədə yayılıb.

Mütəxəsislər "Delta Plus”un (K417N) ilk dəfə Cənubi Afrika qeydə alındığını iddia edirlər. Bu da o deməkdir ki, hind variantlı ştamm Cənubi Afrika növü ilə qarışıqdır. Bu ştammın əvvəlki dominant növdən – Britaniya ştammından 60% daha sürətli yoluxduğu qeyd olunur. Eyni zamanda bu virus ağciyər hüceyrələrinə daha asan düşür. Lakin yenə də bu sahədə tədqiqatlar davam edir. Delta ştammı daha çox gənc və iki doz peyvəndi vurdurmayan şəxslərdə müşahidə edilir. İlkin araşdırmalara görə Pfizer-Biontech vaksinin iki dozasının yeni ştamma qarşı 80 %-in üzərində effektiv olduğu bildirilir.

"Delta” variantına qardaş ölkə olan Türkiyədə də yoluxan şəxslər olub. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca 134 belə faktın olduğunu təsdiqləyib.

Bu da o deməkdir ki, Hindistan ştammı Azərbaycana hər an daxil ola bilər.


OXŞAR XƏBƏRLƏR

Modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə pros...

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində mayın 8-də Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.   Sfera.az xəbər verir ...

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanıldı

Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.   Sfera.az x...

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...