Azərbaycanda hər il 20-25 min nəfər bu xəstəliyə tutulur

Azərbaycanda hər il 20-25 min nəfər bu xəstəliyə tutulur
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 243 226 nəfər şəkərli diabet xəstəsi var. 

Sfera.az "Report”a istinadən xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzinin direktoru Yusif İsmizadə deyib.

O bildirib ki, xəstələrdən 53 401 nəfəri insulin, 36 963 nəfəri həm insulin, həm də şəkərsalıcı həblər, 152 862 nəfəri isə həblər tələb edən xəstələrdir.

İnsulin tələb edən xəstələrin 1600 nəfərinin 18 yaşa qədər olan uşaqlar olduğunu deyən Y.İsmizadə əlavə edib ki, qeydiyyatda olan bütün şəkərli diabet xəstələri insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə təmin edilib, bu xəstəlikdən əziyyət çəkən uşaqlara 90 ədəd insulin pompası verilib.

O qeyd edilib ki, şəkərli diabet xəstələrinin qeydiyyatı, dərman preparatları və özünənəzarət vasitələri ilə təminatının səmərəliləşdirilməsi üçün belə xəstələrin vahid registri yaradılıb: "Hər il 20-25 min yeni şəkərli diabet xəstəsi qeydiyyata alınır. Artıq Bakı şəhəri üzrə elektron registr və məlumat bazasının təkmilləşdirilməsi başa çatıb. Hazırda 65 455 şəkərli diabet xəstəsi elektron sağlamlıq kartı ilə təmin edilib. Regionlarda bu iş 2019-cu ilin 6 ayı ərzində yekunlaşacaq”.

Y.İsmizadə şəkərli diabet xəstəliyinin profilaktikası məqsədi ilə tibb müəssisələrində diabet təlim məktəblərinin yaradıldığını, bu şəbəkənin genişləndirildiyini, bu il daha 12 regionda belə məktəblərin fəaliyyətə başlamasının planlaşdırıldığını vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...