Azərbaycanda Facebook, Twitter, Google və YouTube-yə vergi tətbiq ediləcək? - MÜNASİBƏT

Azərbaycanda Facebook, Twitter, Google və YouTube-yə vergi tətbiq ediləcək? - MÜNASİBƏT


"Bu proses mərhələli şəkildə həyata keçməlidir. Belə ki, burada incə nüanslar, siyasi elementlər var. Ona görə də sözügedən prosesə birbaşa keçid məqsədəuyğun deyil”.


Sfera.az-a açıqlamasında bu sözləri Google, Facebook, Twitter, YouTube və s. texnoloji şirkətlərin gəlirlərindən digər ölkələrdə olduğu kimi Azərbaycanda da vergi tutulması məsələsinə münasibət bildirərkən internet media üzrə mütəxəsis Səbuhi Abbasov deyib:

 

"Əslində sosial şəbəkələrlə bağlı məsələlər ikitərəfli qaydada həll olunur. Yəni, proses sosial şəbəkənin özünün müraciəti və dövlətin münasibəti fonunda tənzimlənir. Diqqət yetirsək görərik ki, iri texnoloji şirkətlərdən vergi tutulması kimi tədbirlər daha çox böyük dövlətlərdə tətbiq olunur. Məsələn, Rusiyada, Çində, Türkiyədə, ABŞ-da bu təcrübə var. Azərbaycan da bu prosesə keçə bilər. Ancaq bu mərhələli şəkildə olmalıdır. Burada incə nüanslar, siyasi elementlər var. Ona görə də sözügedən prosesə birbaşa keçid məqsədəuyğun deyil. Bununla bağlı neçə illərdir müzakirələr gedir. Ancaq ortada yekun nəticə yoxdur”.

 

Həmsöhbətimiz düşünür ki, sözügedən proses mütləq şəkildə aidiyyatı qurumlarla razılaşdırılmış şəkildə həyata keçirilməlidir: "Yüksək texnoloji şirkətlərlə bağlı verginin tətbiq olunub-olunmaması ilə bağlı konkret hansısa mexanizm yoxdur. Azərbaycanda Facebook, YouTube, Twitter və digərlərinə vergi tətbiq olunması məsələsi qaldırılsa, bu halda başqa bir münasibətlə də qarşılaşa bilərik. Belə ki, həmin halda sözügedən sosial şəbəkələr Azərbaycan bazarını qismən tərk edə bilərlər. Bu isə 100 minlərlə azərbaycanlı istifadəçinin sosial şəbəkələrdən istifadəsində məhdudiyyətlərə gətirib çıxarar. Ona görə proses qarşılıqlı razılaşma əsasında həyata keçirilməlidir”.

 

S. Abbasovun fikrincə, bu məsələnin qanun müstəvisinə çıxması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edəcək: "O mənada ki, Azərbaycanda sosial şəbəkələrlə bağlı hər hansı problem çıxarsa, vətəndaş məcbur olub, şirkətin mərkəzi ofisinə müraciət edir. Lakin sistemin tətbiqindən sonra mütləq şəkildə həmin şirkətlərin Azərbaycanda da ofisləri yaradılacaq. Bütün məqamlarda indiki halda birtərəfli qaydada Azərbaycan tərəfdən vergi ödənilməsi tələbi irəli sürülərsə, bu zaman xoşagəlməz situasiya ilə qarşılaşa bilərik. Ona görə düşünürəm ki, məsələ ilə bağlı xüsusi komissiya yaradılmalı, onlar sosial şəbəkələrlə kontakta girməli və qarşılıqlı razılaşma əsasında məsələni həll etməlidirlər. Bu mənada sosial şəbəkənin Azərbaycan bazarından külli miqdarda vəsait toplamasına nəzarət mexanizminin yaradılması vacibdir və hətta bu istiqamətdə bir neçə il gecikmişik”.

 

Elçin


OXŞAR XƏBƏRLƏR

“Finala keçməyə qoymadılar” - Xalq artisti

Xalq artisti Flora Kərimova final mərhələsinə keçə bilməyən "Avroviziya 2024" təmsilçilərimiz Fahree və İlkin Dövlətovla bağlı sosial şəbəkə...

Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ

Günəş küləyinin sürətinin müsbət qütblü Yüksək Sürətli Tac dəliyi Axınlarının və TKA-ın təsiri ilə artacağı gözlənilir.   Şamaxı Astrofizika Rəsədxan...

Bu abituriyentlərə üzücü xəbər - Universitetə qəbul ola bilməyəcəklər

Hazırda abituriyentlər kritik dönəmdən keçirlər. Ali məktəbə qəbul imtahanının növbəti mərhələsinə sayılı günlər qalıb. İndi tələbə adını qazanmaq uğrunda yarış...

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Baş katibinin köməkçi...

Bloqqer 26 “Tesla” avtomobilini pulsuz hədiyyə edəcək - FOTOLAR

MrBeast kimi tanınan amerikalı bloqqer Cimmi Donaldson 26 “Tesla” elektrik avtomobilini hədiyyə etmək qərarına gəlib. O, bunu 26 yaşı tamam olması m...

Dünyanın ən bahalı futbol klubunun adı AÇIQLANDI

“Sportico” idman biznes portalı dövrümüzün aparıcı futbol klublarının dəyəri ilə bağlı məlumatları dərc edib.   Sfera.az xəbər verir ki, ...