AKTUAL

Azərbaycanda dollarla bağlı çox vacib qərar qəbul edildi

Azərbaycanda dollarla bağlı çox vacib qərar qəbul edildi
 

Azərbaycanda bir nəfərin ildə 20 min manat ekvivalentinədək dollar ala biləcəyi bildirilir.

Sfera.az  xəbər verir ki, bu barədə "Marja" banklardan birinin kassiri vasitəsilə məlumat əldə edib. 

İndiyədək bir nəfərin 30 gün ərzində 20 min manat ekvivalentinədək xarici valyuta almasına icazə verilirdi, artıq müddət məhdudiyyəti 30 gündən 1 ilə qaldırılıb.

Azərbaycanın iri banklardan birinin filialında kassirlər, ötən ay 20 min manat ekvivalentinədək dollar alan müştərilərə 1 ildən sonra müraciət etmələrini bildirir.

Mərkəzi Bank dünəndən sistemini yeniləyib. Hər bir vətəndaşın FİN kodu sistemə daxil edilir və onun alışları yoxlanılır. Əgər, vətəndaşın cəmi xarici valyuta alışları 20 min manat ekvivalentinə çatmışdırsa, ona 1 il sonra xarici valyuta satışına icazə verilir.

Neftin kəskin ucuzlaşması Azərbaycan Manatı üzərində təzyiqi artırıb. Qeyri-müəyyənliyin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətinləşdiyindən, gəlirləri kəskin azaldığı şəraitdə, Azərbaycan valyuta ehtiyatlarını qorumaq məcburiyyətindədir.

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev açıqlamasında bildirdi ki, məlumat doğru deyil: "Hər bir kəsə, 500 dollaradək şəxsiyyət vəsiqəsilə, 20 min manat ekvivalentinədək (11 min 750 dollaradək) xüsusi formanın doldurulması ilə, 20 min manat ekvivalentindən yüksək məbləğlər isə Maliyyə Monitorinqi Xidmətinin araşdırması ilə satılır. Hər bir kəs ay ərzində bir dəfə 20 min manat ekvivalentinədək xarici valyutanı ala bilər. Əlavə məhdudiyyətlər yoxdur".

Azəbaycan Mərkəzi Bankının Mətbuat Xidmətindən Marja-ya bildirildi ki, Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyasının açıqlaması ilə razıdır.

Xatırladaq ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov, "Azərbaycan neftin istənilən qiymətinə hazırlıqlıdır. Mərkəzi Bankda və hökumətdə devalvasiya bir dəfə də olsun müzakirə edilməyib" bildirib.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X