Azərbaycan, Türkiyə və Pakistan ittifaqı nə vəd edir? - \"1 trilyon dollardan çox...\"

Azərbaycan, Türkiyə və Pakistan ittifaqı nə vəd edir? - \
"Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin İslamabadda bir araya gəlməsi ölkələr üçün geo-siyasi əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda iqtisadi əlaqələrin də genişlənməsinə müsbət təsir edəcək”. 
 
Sfera.az xəbər verir ki, bunu  Milli Məclis deputatı Vüqar Bayramov bildirib. 

O qeyd edib ki, bu ümumi nominal ümumi daxili məhsulu (ÜDM) 1 trilyon dollardan çox olan 3 ölkənin birlikdə olması anlamına gəlir:

"Digər tərəfdən 743 milyard dollar ÜDM-lə Türkiyə, 314 milyard dollarlıq iqtisadiyyatı olan Pakistan və 47.1 milyard dollarlıq ÜDM-ə malik olan Azərbaycan yerləşdiyi bölgədə strateji mövqelərə malikdir.

Üç ölkə arasında ticarət dövriyyəsinin növbəti illərdə, xüsusən də pandemiyadan sonra daha da genişlənəcəyi gözlənilir. Hazırda Azərbaycan ilə Türkiyə arasındakı illik ticarət dövriyyəsi 4,5 milyard dollardır və son 2 ildə iki ölkə arasındakı dövriyyə 70 faizə yaxın artıb. Azərbaycanla Pakistan arasındakı illik ticarət dövriyyəsi isə 14.8 milyard dollardır. Ölkələr ticari əməkdaşlığı son iki ildə 80 faizə yaxın genişləndirə biliblər. Göründüyü kimi, Azərbaycan ilə hər iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr son illər ciddi artım tempi ilə inkişaf edir.

Vətən müharibəsində Azərbaycanın haqq işinə mənəvi dəstək olan iki qardaş ölkəni təmsil edən şirkətlərin işğaldan azad olunan ərazilərimizin bərpasında daha yaxından iştirak imkanları da var. Gözlənilir ki, sözügedən ölkə şirkətləri bərpa və yenidənqurma mərhələsində yaxından təmsil olunacaqlar”.

Ülvi
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...