\"Azərbaycan torpaqlarının işğalına kor, kar qalanlar...\" - Ərdoğandan sərt sözlər

\
"ATƏT-in Minsk Qrupunun həmsədrləri, bu günə qədər nə etdiniz? Azərbaycan torpaqlarını işğaldan azad etdiniz? Xeyr! Ermənilərə silah göndərib, bununla bölgəyə sülh gətirəcəyinizi zənn edirsiniz”.  

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseridə keçirilən VII fövqəladə konqresində çıxışı zamanı deyib.

"İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaq. Azərbaycan torpaqlarının işğalına, baş verən müsibətlərə kor, kar qalanlar bu gün atəşkəs çağırışı edirlər, bu, tam bir riyakarlıqdır”, - deyə Ərdoğan vurğulayıb.
 
Türkiyə Prezidenti fransalı həmkarı Makronla bağlı da sərt sözlər səsləndirib:
 
"Makronun islam dini və müsəlmanlarla dərdi nədir? Makronun zehni müalicəyə ehtiyacı var. İki dəqiqədən bir Ərdoğana toxunur. Bu sənə heç nə qazandırmaz. Azərbaycandakı fəlakətlərin, işğalların arxasında bunlar dayanır”.



OXŞAR XƏBƏRLƏR