Azərbaycan Rusiyadan qaytarılan pomidoru Körfəz ölkələrinə SATDI

Azərbaycan Rusiyadan qaytarılan pomidoru Körfəz ölkələrinə SATDI
Rusiyadan geri qaytarılan pomidorlar qısa müddətdə bizim dəstəyimizlə Körfəz ölkələrinin və Qazaxıstanın bazarlarına çıxarıldı.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qurumun 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransda deyib.

Y.Abdullayev qeyd edib ki, 2019-cu ildə Azərbaycandan Qazaxıstana 1363 ton pomidor ixrac olunmuşdusa, yaranmış şərait nəzərə alınaraq, Rusiyadan geri qaytarılan pomidorların 800 tonu 1 ay içərisində ixrac olunub:

"2019-cu ilin 12 ayı ərzində həyata keçirilən ixracın 70 faizini 1 aya realizə etdik. Bəzi ixracatçılar Ukrayna, Belarusiya, Qazaxıstandakı ticarət evlərinə müraciət edərək, problemlərinin həllinə nail oldular.

Onun sözlərinə görə, ümumilikdə Rusiya tələbləri Avropa bazarının tələblərindən zəif deyil:

"Sadəcə biz sahibkarlarımızı həmin bazara fokuslandırmışıq. Rusiya həm logistika baxımından, həm də əlaqələr baxımından Rusiya bazarına üstünlük veririk. Rusiyaya satılan məhsuullar dünya standartlarına cavab verən, sertifikatlaşdırılmış məhsullardır”. /Modern.az

OXŞAR XƏBƏRLƏR

Hər il 300 qətl: Dəbdəbəli kurort dünyanın ən təhlükəli yerlərindən biri seçildi

Möhtəşəm çimərlikləri, dünya səviyyəli kurortları və canlı gecə həyatı ilə tanınan Los Kabos Meksikanın ən məşhur istirahət yerlərindən biridir. Bununla belə, b...

Yalnız məşq üçün otaqdan çıxır: “Eurovision” iştirakçısı ölümlə hədələnir

İsraildən olan Eurovision iştirakçısı Eden Qolan bu gün “Eurovision" yarımfinalında çıxış edəcək.    Sfera.az bildirir ki, bütün...

“Avroviziya-2024”ün ikinci yarımfinalından - VİDEO

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına start verilib.   Sfera.az xəbər verir ki, Malmö ...

Müəmmalı işçi ölümləri: Son iki gündə qəzaya uğrayan təyyarələr

Türkiyəyə eniş edən "Boeing" təyyarəsinin təkəri partlayıb. Bu, istehsal nəhəngi tərəfindən cəmi iki gün ərzində texniki problem və ya qəzaya uğrayan ...

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Bu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu...

Bu ərazidə evlər plana düşdü - VİDEO

Bakının Xətai rayonu, Yusif Səfərov ünvanında yerləşən birmərtəbəli yaşayış evləri və obyektlər sökülür.   Sahibkarlar və sakinlər iddia edirlər ki, ...