Azərbaycan Premyer Liqasında VI tura yekun vurulur

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulur
 Bu gün Azərbaycan Premyer Liqasında VI turun son iki oyunu keçiriləcək.

Sfera.az-ın məlumatına görə, günün ilk matçında "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edəcək.

5 oyundan 7 xal toplayan "ağ-qaralar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Masazır təmsilçisi isə 6 xalla 6-cı sıradadır. İndiyədək ölkə çempionatında rəqibi ilə 7 dəfə üz-üzə gələn flaqman məğlub olmayıb. 6 görüşdə qalib gələn "Neftçi" yalnız 1 matçda heç-heçə edib. Topların nisbəti də meydan sahiblərinin xeyirinədir - 16:2. Əvvəlki oyunlarda ən azı 2 qol vurulub. "Neftçi” heç bir qarşılaşmada meydanı qolsuz və xalsız tərk etməyib.

Tura Sumqayıtda yekun vurulacaq. 8 xalla 3-cü pillədə yer alan şəhərin eyniadlı komandası evdə lider "Zirə" (10 xal) ilə münasibətlərinə aydınlıq gətirəcək. Bunadək çempionatda 19 dəfə qarşılaşan komandaların duelində meydan sahibləri 5, qonaqlar isə 10 qələbə qazanıblar. 4 matçda isə qalib müəyyənləşməyib. "Qartallar"ın vurduğu 26 qola "gənclik şəhəri" təmsilçisi 17 topla cavab verib. "Zirə" ardıcıl 6 oyunda meydanı qolsuz tərk etməyib. "Sumqayıt"ın son 6 ev görüşündə heç-heçə qeydə alınmayıb.

Azərbaycan Premyer Liqası

VI tur

14:00. "Neftçi" - "Sabah"
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bakcell Arena"

16:00. "Sumqayıt" - "Zirə"
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Kapital Bank Arena"

Qeyd edək ki, dünən baş tutan oyunlarda "Səbail" evdə "Keşlə" ilə heç-heçəyə razılaşıb - 1:1. "Qarabağ" isə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.

OXŞAR XƏBƏRLƏR

Alimlər bu təhlükəli paraziti məhv edə bilən virus aşkarlayıblar

Vyana Universitetinin alimləri təhlükəli birhüceyrəli parazit "Naegleria fowleri" ilə mübarizədə faydalı olan nəhəng viruslar aşkar ediblər. ...

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...