Azərbaycan-İran sərhədində ATIŞMA - Bir nəfər zərərsiz­ləşdirildi

Azərbaycan-İran sərhədində ATIŞMA - Bir nəfər zərərsiz­ləşdirildi
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Sfera.az-a bildirilib ki, 2021-ci ilin 07 dekabr tarixində saat 16:00 radələrində Xidmətin Sərhəd Qo­şunlarının "Göytəpə” sərhəd dəstə­si­nin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq ölkə ərazisinə gəlməyə cəhd etmələri aşkar olunmuş­dur.

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, sərhəd nar­yadı tərəfindən "Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmış­dır. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən geriyə qaçmağa cəhd göstər­mişlər.

"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbay­can Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunmuş və onlardan biri zərərsiz­ləşdirilmişdir. Hazırda həmin sərhəd pozucusunun şəxsiy­yətinin müəyyənləş­diril­məsi üzrə tədbirlər görülür.

Digər sərhəd pozu­cusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.

Hadisə yerində aşkarlanmış 2 ədəd bağlamada 4270 ədəd "Marl­boro”, "Kent”, "More” markalı siqaret qutusunun olması müəyyən edil­miş­­­dir.

Hadisə barədə İran tərəfi məlumatlandırılmışdır.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli zabitləri hadisə yerinə ezam olunmuşlar.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsi qazisi Amin Musayevə AĞIR İTKİ - FOTO

Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq əsir düşmüş, sonra isə geri qaytarılmış Vətən müharibəsi qazisi Amin Musayevə ağır itki üz verib. ...

Bakıda 17 yaşlı qız 9-cu mərtəbədən yıxılaraq öldü

Bakıda 17 yaşlı qız hündürmərtəbəli binadan yıxılaraq ölüb. Hadisə Yasamal rayonunda qeydə alınıb. 2005-ci il təvəllüdlü Nuriyeva Gülnigar Faiq qızı hündü...

“Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurdu, öldü

Salyan Rayon Prokurorluğu "Azərişıq” ASC-nin əməkdaşının ölümü ilə bağlı məlumat yayıb. Bu barədə prokurorluqdan Sfera.az-a məlumat verilib. "Yanvar...

Cüdo üzrə Azərbaycan yığmasında kütləvi yoluxma baş verdi

Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı baş verib. Sfera.a...

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ...

Bakıda məşhur bankın müdiri vəfat etdi

Azərbaycanda tanınmış bankir vəfat edib. Sfera.az-ın Manset.az-a istinadən məlumata görə, «Muğanbank» ASC-nin Nərimanov rayon filialının müdiri  Rusl...