Azərbaycan dəmir yolu ilə konteyner daşımalarını artıracaq

Azərbaycan dəmir yolu ilə konteyner daşımalarını artıracaq
Kateqoriya məlum deyil
T
 

"Bu il dəmir yolu ilə konteyner daşımaların həcminin 50 faizdən çox artacağı proqnozlaşdırılır".

Sfera.az bildirir ki, bunu "Caspian European Club”ın dəstəyi ilə keçirilən Beynəlxalq "Transport B2B Forum”u çərçivəsində "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Konteryner” MMC-nin Biznesin inkişafı üzrə direktoru Rəşad  Məcidov deyib.

Onun sözlərinə görə, ötən il 2018-ci illə müqayisədə konteynerlə yük daşımaların həcmi 43% artıb.

O bildirib ki, 2019-cu ildə dəmir yolu ilə 45 min konteyner daşınıb: "Bu isə 2018-ci ilə nisbətən 56 faiz artım deməkdir. Bu il üçün də 50 faizdən çox artım, yəni 75-80 min konteyner daşınması proqnozlaşdırırıq”. (report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR