Azad Rəhimov hansı işləri görmüşdü? - Mərhum nazirin həyat yoluna baxış...

Azad Rəhimov hansı işləri görmüşdü? - Mərhum nazirin həyat yoluna baxış...
Bu gün keçmiş gənclər və idman naziri, mərhum Azad Rəhimovun doğum günüdür.
 
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Vüqar İskəndərov mərhum nazirlə bağlı təəssüratlarını Sfera.az-la bölüşüb.
 
Onun sözlərinə görə, Azad Rəhimov nazir təyin olduğu dövrdə artıq 4 ay idi ki, bu sektorda idarəçi işləyirdi:

"Həqiqətən də Azad Rəhimov əvvəla, bu sahəni bilən əvəzsiz dövlət məmurlarından biri idi. İkinci məsələ - Azad Rəhimov qısa müddətdə çox demokratik ruhlu, düzgün və səmərəli idarəetmə sistemi qurdu. Sözün əsl mənasında, bu insanla rahat işləyirdik. Gənclər və idman siyasətini həyata keçirən bir insan kimi qısa vaxt ərzində gənclər təşkilatlarının nümayəndələri ilə görüşdü, onların problemlərinin öyrənilməsi ilə bağlı bir çox önəmli addımlar atdı.
İdman ictimaiyyəti ilə də görüşlər təşkil etdi – federasiyalarla, klubların rəhbərləri və.s.  Nazirlik səviyyəsində artıq bütün dinlənilmiş məsələlər analiz olunaraq mərhələli şəkildə görüləcək işlərin hansı formada keçirilməsi yol xəritəsi kimi qarşıya qoyuldu. Ölkəmizdə gənclərin vətənpərvər ruhda tərbiyə olunması üçün tədbirlər planı hazırlandı və əhəmiyyətli addımlar atıldı. Eyni vaxtda idmanla bağlı olimpiya yığma komandalarının təlim-məşq toplanışlarının keçirilməsi üçün həm xaricdə, həm ölkə daxilində bütün şərait yaradıldı. Demək olar ki, heç bir federasiyada olimpiya idman növlərində və digərlərində böyük yarışlara, dünya, Avropa çempionatlarına hazırlıqlar istiqamətində maliyyə problemləri yaranmadı, problemlər öz həllini tapmağa başladı”.

Müsahibimiz qeyd edib ki, Azad Rəhimovu hər bir Azərbaycan gənci, idmançısı, ictimaiyyət nümayəndələri həmişə xoş xatirələrlə anacaq:

"O, hər bir insana fərdi yanaşmaq keyfiyyətinə malik biri idi. Hamını özünün dostu sayırdı. O dövrdə həqiqətən də ölkəmizdə gənclər və idman sahəsi prioritet sahələrdən birinə çevrildi. Həm tələbələrlə bağlı iş, həm gənclərin vətənpərlik tərbiyəsi, onların hərtərəfli istedadlarının üzə çıxarılması, inkişafı üçün işlərin görülməsi, idmançılarımızın uğurlu nəticələri bunu deməyə əsas verirdi. Bunların hər biri dövlət başçımızın bu sahəyə xüsusi diqqət və qayğısı, eyni zamanda Milli Olimpiya Komitəsinin, Gənclər və İdman nazirliyinin birgə fəaliyyəti kimi də qeyd olunmalıdır”.

Sfera.az xatırladır ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. O, Bakı şəhəri 134 nömrəli orta məktəbi bitirib, 1981–1986-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili fakültəsində ali təhsil alıb.

Rəhimov 1986–1987-ci illərdə hərbi xidmət keçdikdən sonra 1987–1990-cı illərdə rayon komsomol təşkilatında katib və birinci katib, 1990–1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində işləyib, 1993-cü ildən dövlət idarəçiliyinə gələnədək sahibkarlıq fəaliyyəti göstərib. 2006-cı ildə Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunan Azad Rəhimov ömrünün sonunadək bu vəzifəni icra edib. Həmin illərdə eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti olub.

Azad Rəhimov 2021-ci il aprelin 30-da ömrünün 57-ci ilində vəfat edib. O, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan "Şöhrət” və 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanıldı

Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.   Sfera.az x...

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər İMZALADI - SİYAHI

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbayca...

Ərdoğan Əli Əsədovu QƏBUL ETDİ - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib.   Sfera.az xəbər verir ki, qəbul zamanı Azərbay...