Aylardır döyüldüyünü deyən qadın öldürüldü, 2 nəfər bıçaqlandı

Aylardır döyüldüyünü deyən qadın öldürüldü, 2 nəfər bıçaqlandı
Avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlamış, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda hadisənin törədilməsinə gətirib çıxardan səbəb və şəraitin araşdırılması məqsədi ilə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, hələ mart ayında S. Məhərrəmovanın əri Füzuli Qarayev tərəfindən işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. Onun illərdir əri tərəfindən döyüldüyü, evdən gedəcəyi təqdirdə uşaqlarının öldürüləcəyi ilə təhdid olunduğu bildirilirdi. Bir qrup ictimai fəal qadının evinin qarşısına gedərək onun övladlarının özünə qaytarılması ilə bağlı müraciət etmişdilər. Onlar qadına köməklik göstərilməsi və ərinin təzyiqlərinin dayandırılması üçün Daxili İşlər Nazirliyinə müraciət etsələr də, nəticə olmadığını bildirirdilər. 

OXŞAR XƏBƏRLƏR

“Finala keçməyə qoymadılar” - Xalq artisti

Xalq artisti Flora Kərimova final mərhələsinə keçə bilməyən "Avroviziya 2024" təmsilçilərimiz Fahree və İlkin Dövlətovla bağlı sosial şəbəkə...

Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ

Günəş küləyinin sürətinin müsbət qütblü Yüksək Sürətli Tac dəliyi Axınlarının və TKA-ın təsiri ilə artacağı gözlənilir.   Şamaxı Astrofizika Rəsədxan...

Bu abituriyentlərə üzücü xəbər - Universitetə qəbul ola bilməyəcəklər

Hazırda abituriyentlər kritik dönəmdən keçirlər. Ali məktəbə qəbul imtahanının növbəti mərhələsinə sayılı günlər qalıb. İndi tələbə adını qazanmaq uğrunda yarış...

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Baş katibinin köməkçi...

Bloqqer 26 “Tesla” avtomobilini pulsuz hədiyyə edəcək - FOTOLAR

MrBeast kimi tanınan amerikalı bloqqer Cimmi Donaldson 26 “Tesla” elektrik avtomobilini hədiyyə etmək qərarına gəlib. O, bunu 26 yaşı tamam olması m...

Dünyanın ən bahalı futbol klubunun adı AÇIQLANDI

“Sportico” idman biznes portalı dövrümüzün aparıcı futbol klublarının dəyəri ilə bağlı məlumatları dərc edib.   Sfera.az xəbər verir ki, ...